Namizəddən tələblər
- Tam iş günü (full time) işləmək imkanı olmalı.
- Natamam təhsil (bakalavr) məzunu olmalı.
- Müxtəlif yaş qruplarına ingilis dilinin tədrisi sahəsində təcrübəli olmalı;
- Sahə üzrə 2 il üzəri iş təcrübəsi.
- İngilis dili bilik səviyyəsi (C1) olmalı.
- Dil biliyini təstiq edən beynəlxalq sertifikatın (IELTS və ya TOEFL) olması üstünlükdür.
- Beynəlxalq TKT, TESOL, TEFL sertifikatlarının olması üstünlükdür.
Vəzifə öhdəlikləri
- Qrup və fərdi şəkildə dərslərin tədrisi;
- Təyin olunan proqram əsasında dərslərin yüksək səviyyədə, nəticə yönümlü tədrisi;
- Tədris proqramları və imtahan suallarının hazırlanması işinə dəstək göstərmək;
- Tədris şöbəsi tərəfindən tapşırılan işlərin yüksək səviyyədə yerinə yetirilməsi;
İş barəsində məlumat
- Əmək haqqı – 800 - 1200 azn (rəsmi)
- İş qrafiki- 1-ci 5-ci günlər 12:00-21:00; 6-cı gün 10:00-19:00.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi.
- “NEXT ACADEMY” Mərkəz Ofis / Ünvan: Nigar Rəfibəyli 12, Passage 1901.
Qeyd: Uyğun namizədlər CV-lərini (PDF formada) “IELTS and General English instructor” başlığı ilə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər.