Sosial media trendlərini izləyirsən, kreativ videolar çəkməyi sevirsən və maraqlı kontent yaratmaq bacarığın var? O zaman səni komandamızda görmək istəyirik!
İş şəraiti
- İş yeri: Next Academy, İçərişəhər – Passage 1901
- İş günləri: 2 gün
- İş saatları: 09:00–21:00
- İş formatı: Freelance
Vəzifələr:
- Instagram Stories üçün gündəlik kontent çəkmək və hazırlamaq
- Tələbələrlə birlikdə trend videolar çəkmək
- Dərslərdən, tələbələrin gündəlik həyatından və akademiyanın atmosferindən maraqlı anları lentə almaq
- Kreativ, əyləncəli və interaktiv Story ideyaları hazırlamaq
- Videoları montaj etmək, subtitrlər və uyğun musiqilər əlavə etmək
Namizəddən gözləntilərimiz:
- Telefon və ya kamera ilə keyfiyyətli video çəkilişi bacarığı
- Instagram Reels və Stories trendlərini izləmək
- Kreativlik, təşəbbüskarlıq və tələbələrlə rahat ünsiyyət qurmaq
- Video montaj proqramlarından istifadə bacarığı
- Portfolio və əvvəlki iş nümunələrinin olması
Təcrübən və kreativ ideyaların varsa, səni tanımaq istərdik! ️
Müraciət üçün bizə email yaz və portfolio nümunələrini göndər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Gəl, Next Academy-ni birlikdə daha maraqlı edək!