Next Supplies Next Supplies
  • 214

Məhsul üzrə menecer (Tibbi Avadanlıq və Sarf Materialları üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Məhsul üzrə menecer (Tibbi Avadanlıq və Sarf Materialları üzrə)

  • Deadline 3 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ümumi Məlumat

  • Şöbə: Məhsul və təchizat
  • Hesabat verir: CEO / Əməliyyatlar rəhbəri
  • Yer: Bakı, Azərbaycan
  • İş növü: Tam ştat

Məhsul üzrə menecer şirkətin tibbi avadanlıq və sərf materialları üzrə məhsul portfelinin formalaşdırılması, tender texniki uyğunluğunun təmin edilməsi, satış və servis komandalarına texniki dəstək göstərilməsi və istehsalçılarla koordinasiyanın aparılması üzrə məsuliyyət daşıyır.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin məhsul portfelini formalaşdırmaq və mütəmadi yeniləmək
  • Yeni məhsul kateqoriyalarını araşdırmaq və uyğun modelləri seçmək
  • Giriş, orta və yüksək səviyyəli cihazlar üçün məhsul xəttini yaratmaq
  • Sərf materiallarının siyahısını idarə etmək və genişləndirmək
  • Hansı məhsulların daha yüksək satış potensialı olduğunu müəyyən etmək
  • Tender texniki şərtlərinin analizi və uyğun məhsul seçimi
  • Uyğunluq matrisi hazırlamaq və tender sənədlərini texniki olaraq tamamlaymaq
  • Tender risklərinin qiymətləndirilməsi
  • Satış komandasına məhsul üzrə təlim keçmək
  • Demo proseslərində iştirak etmək
  • Həkimlər və klinik komandalar üçün texniki təqdimatlar hazırlamaq
  • Cihazların iş prinsipi, klinik istifadəsi və üstünlükləri barədə izahlar vermək
  • Servis komandası ilə quraşdırma və texniki parametrlərin koordinasiyası
  • Procurement, Sales, Technical Service və Logistics komandaları ilə sıx əməkdaşlıq
  • Sifarişlərin prioritetləşdirilməsi və stok idarəsi üçün tövsiyələr
  • Demo, sərgi (expo), konqres və görüşlərdə şirkəti təmsil etmək
  • Şikayət və cihaz problemi olarsa istehsalçı ilə koordinasiya etmək

​​​​​​​Tələb olunan səriştələr:

  • Tibbi avadanlıq bazarı haqqında dərin bilik
  • USM, monitor, pump, OR & ICU cihazlar, sterilizasiya, lab cihazları üzrə anlayış
  • Texniki spesifikasiyaları oxuma və müqayisə etmə bacarığı
  • Excel (pro qiymət analizi), Word, PowerPoint yüksək səviyyədə
  • Tender sənədləşməsi üzrə təcrübə üstünlükdür
  • CE / ISO 13485 / FDA sertifikatları haqqında bilik
  • Təchizatçı ilə professional kommunikasiya bacarığı
  • Biomedikal Mühəndislik, Tibbi Avadanlıq Texnologiyaları, Elektronika Mühəndisliyi, Sağlamlıq İdarəçiliyi və ya əlaqəli sahə
  • Tibbi avadanlıq üzrə iş təcrübəsi böyük üstünlükdür
  • Azərbaycan dili səlis bilməli, İngilis dili yaxşı, Rus dili üstünlükdür
  • Detallara diqqət
  • Analitik düşüncə
  • Həll yönümlü yanaşma
  • Güclü kommunikasiya bacarığı
  • Multitasking bacarığı
  • Yüksək məsuliyyət hissi

Vakansiya tələblərinə uyğun olan namizədlər mövzu hissəsində “Məhsul üzrə menecer” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily89
  • Weekly400
  • Monthly1579