NH Group MMC komandamıza Satış üzrə Data Analitik vəzifəsinə əməkdaş axtarır.
İş şəraiti
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək haqqı: 700–800 AZN
Əsas vəzifə öhdəlikləri:
- Satış məlumatlarının toplanması, sistemləşdirilməsi və təhlil edilməsi;
- Satış göstəricilərinin gündəlik, həftəlik və aylıq monitorinqinin aparılması;
- Satış nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Qrup və ayrı-ayrı satış nümayəndələrinin iş nəticələrinin təhlil edilməsi;
- Satış planlarının icrasına nəzarət və nəticələrin təhlili;
- Aşkar edilmiş uyğunsuzluqlar və problemlər üzrə müvafiq təhlillərin aparılması;
- Rəhbərliyin tələb etdiyi digər analitik hesabatların hazırlanması.
Namizədə tələblər:
- Yaş: 22–25
- Cins: Kişi
- Ali təhsil;
- Satış analitikası və ya müvafiq sahədə 1–3 il iş təcrübəsi;
- Microsoft Office, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilməsi;
- 1C proqramı üzrə biliklərin olması üstünlükdür;
- Azərbaycan, rus və ingilis dillərini bilməsi;
- Analitik düşüncə və güclü riyazi təfəkkür;
- Məsuliyyətli və dəqiq iş prinsipi;
- Komanda ilə işləmək bacarığı.
Xüsusi tələb: Analitik düşüncə və məsuliyyətlili namizədlər müraciət etsinlər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.