Namizədə tələblər:
- Təhsil: İnşaat və Memarlıq fakültələri üzrə ali təhsilli;
- Sahədə ölçü götürmək və shop drawing hazırlama üzrə praktiki iş təcrübəsi;
- AutoCAD proqramını sərbəst bilmək (üstünlük verilir: Revit, SketchUp, 3ds Max, Archicad və MS Excel)
- Tikinti normaları, oxuma və cizgi standartları üzrə baza biliklər.
- Dəqiqlik, məsuliyyətli, sahəyə çıxmaq bacarığı və komandada işləmək bacarığı.
- İş stajı: müvafiq sahədə ən azı 1-2 il;
- Dil biliyi: Azərbaycan dilini mükəmməl bilmək, Rus dili ve İngilis dili arzu ediləndir;
Cəhətlər:
- Peşəkar yanaşmaya və intizama malik olmaq;
- Analitik düşünmə qabiliyyətinə, vaxtın güclü idarə edilməsi və planlaşdırma bacarıqlarına malik;
- Yazılı və şifahi ünsiyyət bacarıqları yüksək səviyyədə olan;
Əsas vəzifələr:
- Sahədə ölçü götürülməsi: Obyektlərə və tikinti sahələrinə yerində baxış keçirmək, faktiki ölçüləri götürmək, mövcud vəziyyəti qeydə almaq və fotofiksasiya etmək.;
- Shop Drawing (İstehsalat / İcra cizgiləri): Layihə əsasında montaj, istehsalat və tikinti-təmir işləri üçün dəqiq shop drawing (detallı icra cizgiləri, qovşaqlar, ölçülər və spesifikasiyalar) hazırlamaq;
- ayihələndirmə və cizgi işləri: Memarlıq planlarının, fasad, kəsik və interyer/eksteryer cizgilərinin hazırlanması və mövcud layihələrə lazımi düzəlişlərin edilməsi.
- Sahə ilə koordinasiya: Götürülmüş ölçülərlə layihə və shop drawing cizgiləri arasındakı uyğunsuzluqları aşkarlamaq, usta heyəti, iş icraçıları və mühəndislərlə operativ dəqiqləşdirmə aparmaq.
- Materiallar və həcmlər: Cizgilər əsasında materialların ölçü-həcm cədvəllərini çıxarmaq, uyğunluğunu yoxlamaq və layihə sənədlərini səliqəli arxivləşdirmək.
- Müəllif nəzarəti (lazım olduqda): İcra prosesinin təsdiq olunmuş cizgilərə uyğunluğuna nəzarət etmək.
İş şəraiti
- İş yeri: Flame Tower, NİMEX İNVEST MMC
- Maaş: 1500 AZN
- İş qrafiki: 6 günlük
Maraqlanan şəxslər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərə bilərlər.