Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 8 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkətimizə mühasibatlıq və maliyyə proseslərinin idarə olunması üzrə təcrübəli Baş mühasib axtarılır.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin mühasibat uçotunun qanunvericiliyə uyğun şəkildə təşkil və idarə edilməsi;
  • Vergi, mühasibat və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • ƏDV, mənfəət vergisi, əmək haqqı və digər vergi öhdəliklərinin düzgün hesablanmasına nəzarət;
  • Vergi orqanları və digər dövlət qurumları ilə yazışmaların və proseslərin idarə olunması;
  • Bank əməliyyatlarına, kassa və ödənişlərə nəzarət;
  • Debitor və kreditor borcların uçotunun aparılması və nəzarətdə saxlanılması;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
  • İlkin mühasibat sənədlərinin düzgünlüyünə nəzarət;
  • Mühasibatlıq üzrə daxili proseslərin və sənəd dövriyyəsinin təşkili;
  • Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması;
  • Mühasibatlıq komandasının işinin koordinasiyası və nəzarəti.

Namizədə tələblər:

  • Mühasibatlıq sahəsində ən azı 10 il iş təcrübəsi;
  • Baş mühasib vəzifəsində iş təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini yaxşı bilmək;
  • Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə;
  • 1C və MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
  • Analitik düşüncə və yüksək məsuliyyətlilik;
  • Detallara diqqətli yanaşma;
  • Komandanı idarə etmək və iş proseslərini koordinasiya etmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • Əmək haqqı: namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müsahibə əsasında;
  • Stabil və peşəkar iş mühiti;
  • Karyera və peşəkar inkişaf imkanları.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində "Baş Mühasib" qeyd olunmalıdır.

  • Daily102
  • Weekly245
  • Monthly726