Tələblər:
- Ali təhsil (Bakalavr və ya Magistr təhsili psixologiya üzrə olanlara üstünlük verilir)
- Psixologiya və terapiya üzrə sertifikatlar arzuolunandır
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Psixologiya üzrə etik davranış kodeksini anlamaq və tətbiq etmək
Əsas vəzifə və öhdəliklər:
- Müxtəlif yaş qruplarından olan pasiyentlərlə fərdi və ya qrup terapiyası keçirmək;
- Pasiyentlərin emosional və psixoloji vəziyyətini qiymətləndirmək;
- Müvafiq terapiya metodlarını tətbiq etmək və inkişaf planları hazırlamaq;
- Lazım gəldikdə pasiyentləri digər mütəxəssislərə yönləndirmək.
- Psixoloji və maarifləndirici materialların hazırlanması;
- Psixoloji alətlərin hazırlanması və təkmilləşdirilməsində fəal iştirak;
- Rəhbərliyin təşkil etdiyi tədbirlərdə iştirak;
- Müntəzəm hesabatların hazırlanması;
- Beynəlxalq və ölkədaxili tədbirlərdə və layihələrdə iştirak;
İş şəraiti:
- İş qrafiki qarşılıqlı olaraq razılaşdırılacaq
- Əməkhaqqı 1000-1200 Azn
- İş yeri: Bakı şəhəri, Xətai PR-ti 34
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Psixoloq” yazmaqla, öz CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.