Norm Beton LLC Norm Beton LLC

Norm Beton LLC

Tikinti

Beton Pompa Operatoru köməkçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Beton Pompa Operatoru köməkçisi

  • Deadline 25 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hazırda şirkətimizə Beton Pompa Operatoru köməkçisi vakansiyası üzrə namizəd axtarılır.

İş yeri: Balaxanıda yerləşən Beton zavodu

Tələblər:

  • Orta və ya orta texniki təhsil; 
  • Növbəli iş rejimi, əlavə iş saatları;
  • Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Beton nasosunun və əlaqəli avadanlıqlarının əsas iş prinsipləri haqqında əsas biliklər;
  • Müştəriyönümlülük;
  • Davamlı inkişaf;
  • Keyfiyyət yönümlülük,
  • Bütövlük.

Vəzifə və Öhdəliklər:

  • İş zamanı təhlükəsizlik qaydalarına riayət etmək, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun olaraq fərdi mühafizə vasitələrindən istifadə etmək;
  • Beton nasosunun yanındakı ərazini təmizləmək, hər hansısa maneə olmadığına diqqət etmək və təhlükəsizlik tədbirlərini həyata keçirmək;
  • Beton nasosunun operatoruna kömək edərək nasosun işə başlaması üçün ilkin hazırlıqları yerinə yetirmək;
  • Operatorun göstərişlərinə uyğun olaraq beton borularının quraşdırılmasına və bərkidilməsinə kömək etmək;
  • Betonun düzgün və təhlükəsiz şəkildə ötürülməsinə nəzarət etmək;
  • Betonun axınının davamlı olmasını təmin etmək üçün boruların tıxanmasının qarşısını almaq;
  • Betonun keyfiyyətinə mənfi təsir edəcək (betona su müdaxiləsi etmək və s.) hərəkətlərdən qaçınmaq;  
  • Nasosun iş prosesində hər hansısa təxirəsalınmaz hallar (borunun tıxanması, sızma və s.) baş verərsə, operatora dərhal məlumat vermək;
  • İş prosesində ətraf mühitin mühafizəsi üçün tullantıların təmizlənməsini və iş sahəsinin nizamının qorunmasını təmin etmək;
  • Beton ötürücü nasosunun daxili və xarici hissələrinin müntəzəm olaraq təmizlənməsi və texniki vəziyyətinin yoxlanması işlərini həyata keçirmək;
  • İş zamanı diqqəti dağıdan hərəkətlərdən (telefonla çox danışmaq, qeyri-iş məsələləri ilə məşğul olmaq) çəkinmək.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily4
  • Weekly532
  • Monthly1917