Hazırda şirkətimizə Təmizlikçi vakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Bakı, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, ev.7-ci km 1
Tələblər:
- Orta təhsil;
- Əlaqədar vəzifə üzrə 1 il iş təcrübəsi;
- Məsuliyyətli;
- Çevik.
Vəzifə və Öhdəliklər:
- Əməkdaşların mütəmadi olaraq çay, kofe və sərinləşdirici içkilərlə təmin edilməsini təşkil etmək;
- Təyin olunmuş ərazilərdə gündəlik təmizlik işlərini yerinə yetirmək (toz alma, döşəmə yuma, tullantıların atılması, zibil qablarının boşaldılması və s.);
- Sanitar qovşaqların (tualet, duş kabinləri) müntəzəm olaraq dezinfeksiya olunmasını təmin etmək;
- İstifadə olunan təmizlik və gigiyena vasitələrinin, yeməkxana və çay ləvazimatlarının miqdarına nəzarət etmək və ehtiyac olduqda məsul şəxsə məlumat vermək;
- Mətbəxdə səliqə-səhmanın saxlanılması;
- Qab-qacağın mütəmadi yuyulması və təmiz saxlanması;
- İş otaqlarının və dəhlizin təmiz saxlanması;
- Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsi;
- Ona təhkim olunmuş iş alətlərinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
- Masaların üstündə, ofis avadanlıqları daxil, sanitar-gigiyenik normalara uyğun təmizliyi yaratmaq və daimi təmin etmək;
- Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının və SƏTƏM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək;
- İş yerində əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, istehsalat sanitariyası və texniki təhlükəsizlik qaydalarına riayət edir;
- Daxili əmək intizamı qaydalarına riayət etmək;
- API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.