İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)
Tələblər:
- Orta və ya texniki peşə təhsili;
- Avtoyükləyici idarəetmə vəsiqəsi (sürücülük sertifikatı);
- Müvafiq vəzifə üzrə ən azı 1 il iş təcrübəsi;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları barədə bilik;
- Mexaniki nasazlıqları ilkin səviyyədə müəyyən edə bilmə bacarığı;
- Ünsiyyət.
Vəzifə və Öhdəliklər:
- İş zamanı fərdi təhlükəsizliyin təmin edilməsi, bütün məcburi FMV-dən istifadə olunması;
- Təhlükəsizlik strategiyası, təlimatları və prosedurlarına əməl olunmasının təmin edilməsi;
- Qəzalar və təhlükəli hallar barədə hesabat verilməsi;
- Təyin edildiyi halda qəzaların və təhlükəli halların araşdırılması qruplarının işində iştirak etməli;
- Elektrik cərəyanı altında işləməməli və iş görülməsinə yol verməməli;
- İş icazəsi proseduruna ciddi əməl etməli;
- Təhlükəli davranma və ya təhlükəli hallarda ərazidə işləri dayandırmalı;
- İşlərin verilən gündəlik iş planına əsasən yerinə yetirilməsi;
- Paketləmə bölümündə daşıma, yükləmə işlərinin yerinə yetirilməsi
- Forklifti təhlükəsizlik və idarə etmə qaydalarına uyğun şəkildə idarə etməli;
- Yükləmə və boşaltma işinin paketlər zədələmədən uyğun şəkildə yerinə yetirilməsi;
- Paketləmə bölümü ilə əlaqədar digər işlərin yerinə yetirilməsi;
- Avtoyükləyicinin texniki parametrlərinə və təyinatına uyğun şəkildə istifadəsi;
- Yükləmə zamanı məlumatlandırılan və şəxsən aşkar edilən yırtılmış paketlərin ayrılması;
- Forkliftə baxış keçirilməsi, mayelərin (yağ, antifiriz, su, və s.) səviyyəsinin yoxlanılması, təmizliyinin təmin edilməsi;
- Baş verən nasazlıqla bağlı birbaşa rəhbərin məlumatlandırması
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.