Büdcə üzrə Aparıcı Mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Büdcə üzrə Aparıcı Mütəxəssis

  • Истекает 13 сентябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Seçilən namizəd həm zavod ofisində (Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.), həm də şəhər ofisində (8 noyabr prospekti, Baku Bay Tower) çalışacaqdır.

Tələblər: 

  • İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr və ya magistr dərəcəsi
  • Sahə üzrə 2 ildən artıq iş təcrübəsi
  • Azərbaycan və ingilis dillərini sərbəst səviyyədə bilmək
  • MS Excel proqramı üzrə yüksək səviyyədə səriştə
  • SAP biliyi
  • FMVA sertifikatı
  • ACCA, CIMA, CPA və ya oxşar sertifikasiyalar üzrə göstəricilər

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin illik büdcəsinin hazırlanması və təqdim edilməsi
  • İllik, rüblük və aylıq büdcə göstəricilərin yoxlanılması, izlənilməsi və təhlil edilməsi
  • Büdcə ilə bağlı məlumatların hazırlanması/modelləşdirilməsi və rəhbərliyə təqdim edilməsi
  • Büdcənin uyğunluğunun izlənilməsi və varsa problemlərin araşdırılması və aradan qaldırılması
  • Büdcə planı ilə uyğun olaraq, təşkilatın maliyyə performansının izlənməsi və hesabatların hazırlanması
  • Büdcə icrası prosesində maliyyə nəzarətinin təmin edilməsi, lazım olan hesabatların hazırlanması və büdcə təhlilinin aparılması
  • Rəhbərliyin tələblərinə uyğun hesabatların hazırlanması və məlumatların əhatəli təhlilinin təmin edilməsi
  • Şirkətin büdcəsinin və maliyyə proqnozlarının tərtibatının razılaşdırılması və dəyişikliklər və həmin dəyişikliklərin səbəbləri barədə hesabat verilməsi
  • Artıq/əskik xərclərin, faktiki gəlir və xərclərin təhlilinə dəstək və müxtəlif statistik hesabatların hazırlanması
  • Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması, hesabatların təhlili və vizualların hazırlanması
  • ERP və büdcə modulu (Norm üçün SAP, BPC) proqramlarından istifadə və məluamtların endirilib analiz edilməsi
  • API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar

Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar 

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily129
  • Weekly381
  • Monthly2218