Tələblər:
- Orta və ya orta ixtisalaşmış peşə təhsili
- İstehsalat elektrik işlərində 3 il iş təcrübəsi
- Elektrik paylayıcı sistem və enerji cihazlarında işləmə bacarığı
- Elektrik qoruyucuları və MCC sistemindən anlayış
- Elektrik və Elektronik avadanlıqların iş prinsipi biliyi
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Vəzifə və Öhdəliklər:
- Növbə ərzində istehsal prosesinin fasiləsiz işini təmin etmək üçün elektrik və avtomatika ilə bağlı problemlərin həll edilməsi
- İş əmrlərinə əsasən elektrik və elektronik təmir və ya montaj işlərinin icrası
- Növbə ərzində istehsal prosesinin dayanıqlığının təmini üçün istismar avadanlıqlarının, bütün ölçmə cihazlarının texniki təmirinin icrası
- Qəza duruşlarında elektrik nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması
- Həftəlik, aylıq və illik elektrik təmir işlərinin plana uyğun yerinə yetirilməsi
- Qaz təchizatı sisteminin istifadəsini planlamalı, istehsalat tapşırıqlarını verməli və onların “Qaz Xidmətinə dair Əsasnamə” yə uyğun icra olunmasına nəzarət etməlidir
- APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin istifadəsi
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.