Əməyin Mühafizəsi üzrə Mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əməyin Mühafizəsi üzrə Mühəndis

  • Deadline 7 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Qaradağ

Tələblər: 

  • Əməyin mühafizəsi və ya buna bənzər sahədə ali bakalavr təhsili
  • Müvafiq sahədə 3 ildən artıq təcrübə
  • İngilis dilini orta səviyyədə bilmək
  • MS Office proqramlarında işləmək
  • Əməyin Mühafizəsi ilə əlaqədar yerli qanunvericiliyin tələblərini bilmək
  • İSO 45001; İSO 9001; İSO 14001 standartlarından anlayışı olmalı 
  • Ətraf mühit, ekologiya, sanitariya və gigiyena qaydalarından xəbərdar olmaq

Əsas vəzifə və öhdəliklər:

  • İş yerlərində əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək
  • Rəhbərliyin, işçi heyətin və subpodratçıların şirkətin SƏTƏM siyasətindən,qaydalarından xəbərdarlığının təmini üçün təlim və inkişaf proqramlarının təşkili və həyata keçirilməsində iştirak etmək 
  • SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqlərində və müvafiq hesabatın hazırlanmasında iştirak etmək, görüləcək tədbirlərin nəticələrinin izlənilməsi
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlərin hazırlanmasında  iştirak etmək  və onların həyata keçirilməsinə nəzarət etmək 
  • SƏTƏM şöbəsi tərəfindən daxili auditin həyata keçirilməsi üçün illik audit planını  hazırlanması, və plana uygun olaraq daxili auditin həyata keçirilməsi, audit zamanı çıxan uyğunsuzluqlar üçün düzəltmə və düzəldici tədbirlərin planlanması, müvafiq kök səbəb analizlərinin aparılması
  • Yeni işə qəbul olunanlarla, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə giriş təlimatı keçmək bölmə rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq
  • Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak 
  • İşə icazə sisteminin tətbiqinin təmin olunması, nəzarəti və izlənməsi
  • Fövqəladə hallar zamanı müvafiq prosedur, təlimatların tələblərinin yerinə yetirilməsini təmin etmək. 
  • Podratçıların iş fəaliyyəti ilə əlaqədar tələb edilən müvafiq sənədləşmənin uyğunluğunu yoxlamaq, Podratçı təşkilatın işinə nəzarət etmək, Mükafat və Cərimə Prosedurunun tələblərinə uyğun tədbirləri yerinə yetirmək
  • Yanğın Təhlükəsizliyi ilə əlaqədar tələblərin yerinə yetirilməsini təmin etmək, Yanğın təhlükəsizliyi avadanlıq və alətlərin mütəmadi yoxlanılmasına nəzarət 
  • Beynəlxalq təhlükəsizlik standartlarına uyğun Fərdi mühafizə vəsaitələrinin təmininə,  və düzgün istifadə  edilməsinə nəzarət etmək 
  • SLAM (Stop, Look, Assess, Manage) , SOC (Təhlukisizlik müşahidə kartları ) , BBS (Davranışa Əsaslanan təhlukəsizlik ) programlarının düzgün şəkildə tətbiqinə nəzarət.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 31.12.2025

  • Daily138
  • Weekly480
  • Monthly513