Kapital Xərclərin İdarə Edilməsi üzrə Koordinator

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kapital Xərclərin İdarə Edilməsi üzrə Koordinator

  • Истекает 1 сентябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • İnşaat sahəsində Ali bakalavr təhsili
  • Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi
  • Əla səviyyədə ingilis dili biliyi
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Mühəndislik işləri üçün dizayn, dizayn araşdırmaları və texniki-iqtisadi əsaslandırmaların hazırlanması və təsdiqi.
  • Kapital layihələr üçün xərc smetalarının, iş cədvəllərinin və layihə planlarının hazırlanması və icra prosesinə nəzarət.
  • Əlaqəli layihələr üzrə texniki əlaqə nöqtəsi funksiyasını yerinə yetirmək və aidiyyəti tərəflərlə koordinasiya aparmaq.
  • Tikinti və mühəndislik xidmətləri üçün daxil olan təkliflərin və qiymətlərin texniki və maliyyə baxımından qiymətləndirilməsi.
  • Layihələrin əhatə dairəsi və cədvəlinin müəyyənləşdirilməsi üçün podratçılar, müştəri nümayəndələri və rəhbərliklə birlikdə texniki detalların və logistikanın qiymətləndirilməsi..
  • Sahə mərhələsində kapital layihələrin icrasına, texniki tələblərə, təhlükəsizlik və keyfiyyət standartlarına uyğunluğa nəzarət etmək.
  • Sahə işlərinin qrafikə uyğun icrasını izləmək, podratçı fəaliyyətlərini koordinasiya etmək və texniki problemlərin həllini təmin etmək.
  • Müxtəlif şöbələrdən daxil olan bütün kapital xərclər ilə bağlı məlumatların konsolidasiya edilməsi, dəqiqliyinin yoxlanılması və hesabatların hazırlanması
  • Kapital xərclərlə bağlı daxili nəzarət və maliyyə hesabatı tələblərinə uyğunluğun təmin edilməsi
  • Kapital xərclər büdcəsinin düzgün və vaxtında qurulması və proqnozlaşdırılması üçün şöbə rəhbərləri və büdcə sahibləri ilə koordinasiya.
  • Kapital xərclərin səmərəli və effektiv idarə olunması üçün siyasət, prosedur və nəzarət mexanizmlərinin işlənməsinə dəstək göstərmək.
  • İdarəetmə üçün kapital xərclərlə bağlı analitik hesabatların (fərqlərin və tendensiyaların təhlili daxil olmaqla) hazırlanması.
  • Kapital xərclərin düzgün qeydiyyatının və izlənilməsinin təmin olunması üçün mühasibatlıq və maliyyə komandaları ilə əməkdaşlıq.
  • Pul vəsaitlərinin hərəkəti, balans və mənfəət-zərər hesabatları daxil olmaqla maliyyə hesabatlarının hazırlanmasına dəstək.
  • Təchizatçılar və daxili şöbələrlə kapital xərclər üzrə hesab-fakturaların və xərclərin nəzərdən keçirilməsi və uyğunlaşdırılması.
  • Kapital xərclərin idarə olunması üzrə proseslərin təkmilləşdirilməsini müəyyən etmək və həyata keçirmək.
  • CAPEX görüşlərində iclas protokollarının və MOM (Minutes of Meeting) sənədlərinin hazırlanması.
  • API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi.
  • Yanğın, zəlzələ, sel, güclü külək və digər fövqəladə vəziyyətlər zamanı təxliyyə planına uyğun hərəkət etmək.
  • Təhlükəsizlik prosedurlarının davamlı olaraq yenilənməsi və işçilərin maarifləndirilməsi üçün təlimlərdə iştirak və təşkilatçılıq

Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily37
  • Weekly565
  • Monthly1280