İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- İnşaat sahəsində Ali bakalavr təhsili
- Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi
- Əla səviyyədə ingilis dili biliyi
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Mühəndislik işləri üçün dizayn, dizayn araşdırmaları və texniki-iqtisadi əsaslandırmaların hazırlanması və təsdiqi.
- Kapital layihələr üçün xərc smetalarının, iş cədvəllərinin və layihə planlarının hazırlanması və icra prosesinə nəzarət.
- Əlaqəli layihələr üzrə texniki əlaqə nöqtəsi funksiyasını yerinə yetirmək və aidiyyəti tərəflərlə koordinasiya aparmaq.
- Tikinti və mühəndislik xidmətləri üçün daxil olan təkliflərin və qiymətlərin texniki və maliyyə baxımından qiymətləndirilməsi.
- Layihələrin əhatə dairəsi və cədvəlinin müəyyənləşdirilməsi üçün podratçılar, müştəri nümayəndələri və rəhbərliklə birlikdə texniki detalların və logistikanın qiymətləndirilməsi..
- Sahə mərhələsində kapital layihələrin icrasına, texniki tələblərə, təhlükəsizlik və keyfiyyət standartlarına uyğunluğa nəzarət etmək.
- Sahə işlərinin qrafikə uyğun icrasını izləmək, podratçı fəaliyyətlərini koordinasiya etmək və texniki problemlərin həllini təmin etmək.
- Müxtəlif şöbələrdən daxil olan bütün kapital xərclər ilə bağlı məlumatların konsolidasiya edilməsi, dəqiqliyinin yoxlanılması və hesabatların hazırlanması
- Kapital xərclərlə bağlı daxili nəzarət və maliyyə hesabatı tələblərinə uyğunluğun təmin edilməsi
- Kapital xərclər büdcəsinin düzgün və vaxtında qurulması və proqnozlaşdırılması üçün şöbə rəhbərləri və büdcə sahibləri ilə koordinasiya.
- Kapital xərclərin səmərəli və effektiv idarə olunması üçün siyasət, prosedur və nəzarət mexanizmlərinin işlənməsinə dəstək göstərmək.
- İdarəetmə üçün kapital xərclərlə bağlı analitik hesabatların (fərqlərin və tendensiyaların təhlili daxil olmaqla) hazırlanması.
- Kapital xərclərin düzgün qeydiyyatının və izlənilməsinin təmin olunması üçün mühasibatlıq və maliyyə komandaları ilə əməkdaşlıq.
- Pul vəsaitlərinin hərəkəti, balans və mənfəət-zərər hesabatları daxil olmaqla maliyyə hesabatlarının hazırlanmasına dəstək.
- Təchizatçılar və daxili şöbələrlə kapital xərclər üzrə hesab-fakturaların və xərclərin nəzərdən keçirilməsi və uyğunlaşdırılması.
- Kapital xərclərin idarə olunması üzrə proseslərin təkmilləşdirilməsini müəyyən etmək və həyata keçirmək.
- CAPEX görüşlərində iclas protokollarının və MOM (Minutes of Meeting) sənədlərinin hazırlanması.
- API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi.
- Yanğın, zəlzələ, sel, güclü külək və digər fövqəladə vəziyyətlər zamanı təxliyyə planına uyğun hərəkət etmək.
- Təhlükəsizlik prosedurlarının davamlı olaraq yenilənməsi və işçilərin maarifləndirilməsi üçün təlimlərdə iştirak və təşkilatçılıq
Biz nə təklif edirik:
- Könüllü tibbi sığorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.