İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)
Tələblər:
- Orta təhsil (texniki peşə təhsili üstünlükdür);
- Tikinti sahəsində, xüsusilə sənaye və istehsalat obyektlərinin inşasında minimum 1 il iş təcrübəsi;
- Sahədə operativ qərarvermə və problemlərin həll etmə qabiliyyəti;
- Yüksək məsuliyyət, dəqiqlik və iş intizamı.
Vəzifə və Öhdəliklər:
- Tələb olunan kimyəvi qatqıların müəyyən edilmiş miqdarda hazırlanması və əlavə olunması;
- Qatqıların dozalanması və qarışığa əlavə olunması zamanı istifadə olunan avadanlıqların işə salınması, tənzimlənməsi və nəzarətdə saxlanılması;
- İstehsalat avadanlıqlarının təmizliyinə və işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;
- İstehsalat prosesində kimyəvi qatqılarla bağlı qeyri-adi hallar barədə dərhal rəhbərliyə məlumat vermək;
- Əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət etmək;
- Qatqıların saxlanma müddətinə və istifadəyə yararlılıq tarixlərinə nəzarət etmək, vaxtı keçmiş maddələri ayırmaq və rəhbərliyə bildirmək;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar..
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.