Hazırda şirkətimizə Məhsullar və Xidmətlər üzrə Mütəxəssis axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
- Müştərilər, potensial müştərilər və üçüncü tərəf şirkətlərlə alqı-satqı müqaviləsi, anlaşma memorandumu və digər növ sənədlərin hazırlanmasının təşkil edilməsi;
- Müştərilərdən daxil olacaq ödənişlər, kredit xətti və borclara nəzarət edilməsi və ödənişlə əlaqədar problemlərin həlli üçün rəhbərliyə müəyyən təkliflərin təqdim edilməsi;
- Quyu tamponaj Sementi ilə əlaqədar qəbul olunan bütün şikayətlərin TMS proqramında qeydiyyatının aparılması və şikayətlə əlaqədar şöbələrə yönləndirilməsi;
- Tamponaj sementinin satışının təşkil olunması üçün əlaqədar şöbələrlə (Satış, İstehsalat, KN və KZ, Logistika) müvafiq əlaqələrin qurulması və satış planının hazırlanması;
- Quyu tamponaj sementi üzrə satış sifarişlərinin yaradılması və sifarişlərin icra/çatdırılma statusunun izlənilməsi;
- Quyu tamponaj sementinin dövlət və özəl təşkilatlarda təşkil olunan tenderləri üçün müvafiq sənədlərin hazırlanması və təqdim edilməsi;
- Tamponaj sementinin müştərilərdə və üçüncü tərəf laboratoriyalarda yoxlanmasının təşkil edilməsi üçün müvafiq nümunələrin hazırlanması, göndərilməsi və əldə olunan nəticələri rəhbərliyə təqdim edilməsi;
- Şirkət əməkdaşları və üçüncü tərəflər üçün məhsul və xidmətlər üzrə məlumatlandırma təqdimatlarının təşkili və keçirilməsi;
- Məhsullar ilə bağlı texniki sənədlərin, daxili sertifikatların, spesifikasiyaların və məlumatlarının hazırlanmasında iştirak;
- Məhsullar üzrə bazarda tələb olunan keyfiyyət sertifikatların/hesabatların müştərilərə təqdim edilməsi;
- Laboratoriya avadanlıqlarının daimi saz vəziyyətdə olmasının təmin edilməsi;
- İşlərin səmərəliliyini təmin etmək üçün iş qrafiklərinin hazırlanması;
- Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi;
- Laboratoriya cihazlarının Keyfiyyətə Nəzarət Planlarının tələblərinə əsasən uyğunluğunu təmin etmək;
- Laboratoriya əməkdaşlarının laborator avadanlıqlar və sınaqlar haqda biliklərinin artırılması üçün təlimlərin keçirilməsi;
- Bütün analizləri doğru və etibarlı şəkildə təlimatına uyğun yerinə yetirilməsinə nəzarət etmək, nəticələrini dəyərləndirmək və uyğunluğunu yoxlayıb təsdiqləmək;
- Məhsulun keyfiyyətinin monitorinqi, keyfiyyət dəyişikliklərinin təhlili və zəruri tədbirlərin təklif edilməsi;
- Keyfiyyətin itirilməsinin və uyğunsuzluqların əsas səbəblərinin aşkarlanması və hesabat təqdim edilməsi;
- Laboratoriya və sənaye sınaqlarının planlaşdırılması və həyata keçirilməsi, əlaqədar şöbələrlə birlikdə hesabatların hazırlanması;
- Laboratoriya avadanlıqlarının anbardakı sayına nəzarət edilməsi və ehtiyac yarandığı halda yenisinin alınması üçün sifariş verilməsinin təşkili;
- SAP (MRP) sistemində beton laboratoriyasının ehtiyac duyduğu material və xidmətlər üzrə satınalma tələblərinin yaradılması, rezervasiyaların aparılması və əlaqədar əməliyyatların idarə olunması;
- Keyfiyyətlə bağlı şikayətlərin araşdırılması, təhlili və həll edilməsi;
- Tikinti sementi ilə bağlı müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi;
- Hədəf qrupların texniki biliyinin mövcud səviyyəsinin təyin edilməsinə dəstək;
- Yeni məhsullarla bağlı bazarın monitorinqi (beton və məhlullar üçün xammal);
- Təqdim olunan məhsullar və xidmətlərin müştərilərin təlabatlarına uyğunlaşdırılması üçün əlaqəli şöbələr ilə əməkdaşlıq;
- Müştərinin istehsalat sahəsində qarşılaşdığı çətinliklərin həll edilməsi üçün müvafiq qarışım dizaynının hazırlanması və tətbiqi;
- Yenilənən standartları təlimatlara uyğunlaşdırmaq;
- Norm məhsullarını və xidmətlərini tanıtmaq məqsədilə reklam fəaliyyətində (tədbirlər, konfranslar və sərgilər) iştirak etmək;
- Ehtiyac olduğu halda Beton Laboratoriyasında sınaqların icrası;
- İstehsalçı RMX partnyorları ilə emal müqavilə proseslərinin aparılması və müqavilə şərtlərinin aidiyyəti tərəflərlə koordinasiya edilməsi;
- İstehsal sahələrindən daxil olan müqavilə, qəbul aktı, elektron qaimə və digər sənədlərin təqdim edilmiş cədvəllər və dəstəkləyici sənədlər əsasında düzgünlüyünün yoxlanılması;
- Beton zavodun satınalma tələblərinin və emal zavodlarından betonun satınalması üçün satınalma tələblərinin yaradılması;
- ISO 17025 standartına uyğun prosedur və təlimatların hazırlanması, daxil olan şikayətlərin TMS Pro proqramına daxil edilməsi, araşdırılması və şikayətin bağlanması, avadanlığın illik təmir-baxım planının hazırlanması və plana uyğun işin icrası, kalibrləmə və yoxlama izlənəbilirlilik qeydiyyat cədvəlinə uyğun cihaz və avadanlıqların yoxlamalarının icrasına nəzarət edilməsi nə nəticələrin qiymətləndirilməsi;
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Tələblər:
- Tikinti materialları sahəsindən ali bakalavr (və ya magistr) təhsili
- Quyu Tamponaj sementinin istehsalı və satışının təşkil olunması ilə bağlı ilkin biliklər
- SAP (MRP) sistemində son istifadəçi səviyyəsində əməliyyatların icra edilməsi
- Sement, Beton və Aqreqatlarla bağlı bütün mövcud standartlar (EN, ASTM, GOST, APİ və s. kimi)
- Sement və Beton Laboratoriyasının Avadanlıqlarının istifadə qaydası
- Laboratoriya avadanlıqlarındakı nasazlıqla bağlı qeydlərə və onların texniki xidmət dövrlərinə nəzarət etmək bacarığı
- Beton xammal materialları, kimyəvi ara qatlar və ya sement məhsullarından nümunənin götürülməsi və yoxlanılması bilikləri
- Sement və beton sahəsində ümumi bilik
- Sement/beton/aqreqatlar/kimyəvi qatqılar üzrə biliklər
Tələb olunan kompetensiyalar
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
İmtiyazlar
- Könüllü tibbi siğorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.