Mexanik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanik

  • Deadline 27 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı şəh, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1

Tələblər:

  • Mexanik kimi 3 ildən artıq iş təcrübəsi;
  • Microsoft office üzrə biliklər;
  • Mexaniki biliklər – Hidravlik, pnevmatik sistemlər, nasoslar, kompressorlar, konveyerlər və digər avadanlıqlar üzrə texniki biliklər;
  • Avadanlıqlarda profilaktik və təcili texniki baxım və təmir işlərini həyata keçirmək bacarığı;
  • Alət və cihazlarla işləmək bacarığı.

Vəzifə və Öhdəliklər:

  • Sürücülərin avtomobillərin texniki istismar qaydalarına riayət etmək, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının yerinə yetirilməsinə nəzarət etmək;
  • Xətlərdə avtomobillərin və qoşquların vəziyyətinə texniki nəzarəti həyata keçirmək və təmir zamanı nasazlığın səbəblərini müəyyənləşdirmək və onların aradan qaldırılması üçün tədbirlər görmək;
  • Yeni ehtiyat hissələrinin qəbulunda və eləcə də aqreqatların, şinlərin, avtomobillərin təmirə verilməsində iştirak etmək, qəza xarakterli zədə almış avtomobillərin təmir olunması üçün sənədləri rəsmiləşdirmək;
  • Nəqliyyat vasitələrinin dayanıqlı istismarı və vaxtında təmirini təşkil etmək, daim saz vəziyyətdə olmasını təmin etmək;
  • Nəqliyyatın stabil fəaliyyətinin təmin edilməsində, habelə təmirinin aparılmasında iştirak edən podratçılarla işləri təşkil etmək;
  • Nəqliyyat vasitəsinə zəruri olan (yanğın söndürən, tibb çantası və. s) avadanlıq və əşyaların daima saz və yeni vəziyyətdə olmasına nəzarət etmək;
  • İllik büdcənin planlanması məqsədilə təklifləri və tələb olunan məlumatları vermək;
  • Sürücülərin effektiv fəaliyyətini təmin və təşkil etmək;
  • Sürücülərin maarifləndirilməsi üçün təlim və tədrislərin təşkilini tələb etmək;
  • Bütün fəaliyyətini Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Mütəmadi olaraq tələb edilən hesabatları təmin edilmək;
  • İşləri şəffaf, düzgün və vaxtlı-vaxtında yerinə yetirmək;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
  • Rəhbərliyin təqdim etdiyi əlavə tapşırıqları icra etmək.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily10
  • Weekly793
  • Monthly1540