Ofis işləri üzrə Köməkçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofis işləri üzrə Köməkçi

  • Deadline 18 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hazırda şirkətimizə Ofis işləri üzrə Köməkçi tələb olunur.

İş yeri: 8 Noyabr pr. 113, Baku Bay Tower, 6-cı mərtəbə

Tələblər: 

  • Ali təhsil 
  • 0-1 il iş təcrübəsi
  • İngilis dili
  • MS Office proqramları üzrə bacarıqlar

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətə gələn ziyarətçi və qonaqları qarşılamaq, müvafiq qaydada yönləndirmək və lazımi məlumatla təmin etmək;
  • Daxil olan telefon zənglərini qəbul etmək, uyğun struktur bölmələrinə yönləndirmək, zərurət olduqda qeydlər aparmaq və məlumatı aidiyyəti şəxslərə çatdırmaq;
  • Kargüzarlıq işlərini təşkil etmək, sənədlərin (fiziki və elektron) sistemli şəkildə saxlanılmasını təmin etmək;
  • Şirkət tərəfindən bağlanan müqavilə, razılaşma və digər hüquqi sənədləri ümumi elektron bazaya daxil etmək və arxivləşdirmə prosesinə nəzarət etmək;
  • Şirkətə daxil olan rəsmi məktubları qeydiyyata almaq və surətlərini əlaqəli əməkdaşlara təqdim etmək;
  • Şirkətdən göndərilən rəsmi məktubların qeydiyyatını aparmaq və müvafiq ünvanlara vaxtında çatdırılmasını təmin etmək.
  • Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

Biz nə təklif edirik:

  • Könüllü tibbi siğorta
  • Nəqliyyat
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • Digər imtiyazlar paketi

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily11
  • Weekly484
  • Monthly487