Hazırda şirkətimizə Ofis işləri üzrə Köməkçi tələb olunur.
İş yeri: 8 Noyabr pr. 113, Baku Bay Tower, 6-cı mərtəbə
Tələblər:
- Ali təhsil
- 0-1 il iş təcrübəsi
- İngilis dili
- MS Office proqramları üzrə bacarıqlar
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Şirkətə gələn ziyarətçi və qonaqları qarşılamaq, müvafiq qaydada yönləndirmək və lazımi məlumatla təmin etmək;
- Daxil olan telefon zənglərini qəbul etmək, uyğun struktur bölmələrinə yönləndirmək, zərurət olduqda qeydlər aparmaq və məlumatı aidiyyəti şəxslərə çatdırmaq;
- Kargüzarlıq işlərini təşkil etmək, sənədlərin (fiziki və elektron) sistemli şəkildə saxlanılmasını təmin etmək;
- Şirkət tərəfindən bağlanan müqavilə, razılaşma və digər hüquqi sənədləri ümumi elektron bazaya daxil etmək və arxivləşdirmə prosesinə nəzarət etmək;
- Şirkətə daxil olan rəsmi məktubları qeydiyyata almaq və surətlərini əlaqəli əməkdaşlara təqdim etmək;
- Şirkətdən göndərilən rəsmi məktubların qeydiyyatını aparmaq və müvafiq ünvanlara vaxtında çatdırılmasını təmin etmək.
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
- Könüllü tibbi siğorta
- Nəqliyyat
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- Digər imtiyazlar paketi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.