Quyu-tamponaj Sementi və Satışı üzrə Kiçik Mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Quyu-tamponaj Sementi və Satışı üzrə Kiçik Mühəndis

  • Deadline 2 December 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • Satışın idarə olunması, neft-qaz sənayesi, quyuların istismarı, quyuların sementlənməsi və əlaqədar sahədə ali təhsil
  • Neft-qaz sənayesi, quyuların istismarı, tikinti materiallarının istehsalı prosesi üzrə biliklər
  • Sənaye standartlarına dair əsas biliklərə malik olmaq
  • Bazarın monitorinqini aparmaq bacarığı
  • Müvafiq sahədə 2-3 il təcrübə 
  • İngilis dili və MS ofis proqramları
  • B1, B kateqoriyalarında sürücülük vəsiqəsinin olması

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Müştərilərə şirkətin məhsul və xidmətlərini izah etmək üçün texniki təqdimatlar hazırlamaq;
  • Bazarın, potensial yerli və beynəlxalq müştərilərin monitorinqi və onların Norm məhsulları üzrə ehtiyaclarını öyrənmək;
  • Müştərilərlə müqavilə və digər sənədləşmə prosedurlarında dəstək göstərmək;
  • Müştəri ilə ödəniş şərtlərini, kredit xətti prosedurlarını izləmək və rəhbərliyə təkliflər təqdim etmək;
  • Quyu-tamponaj sementinin bazar araşdırmasına dair nəticələri toplamaq və hesabat vermək;
  • Müştərilərin məhsulun keyfiyyəti ilə bağlı texniki dəstək ehtiyacına dair rəyləri almaq və həllinə dair təkliflər hazırlamaq;
  • Bazarın monitorinq etmək, potensial müştərilərlə biznes imkanları araşdırmaq və kommersiya planı hazırlamaq;
  • Müştərinin tələblərini anlamaq və satış dəstəyini təmin etmək üçün satış, marketinq, logistika və texniki komandalarla əməkdaşlıq etmək;
  • Satışa dəstək, müştəri ilə əməkdaşlığın təqibi, sifarişlərin icrası, yenilənməsi, qiymətlərin müzakirəsi, satışın tamamlanması və çatdırılmaların təşkilində iştirak;
  • Hədəf müştərilər üçün yeni satış və marketinq strategiyalarının formalaşdırılması üçün müştəri rəylərini öyrənmək, qeydlər aparmaq və məlumatları qiymətləndirmək;
  • Təkmilləşdirmə sahələrini müəyyən etmək və problemləri və mümkün həll yollarını rəhbərliyə təqdim etmək;
  • Satış kvotalarını müəyyən etmək və onlara nail olmaq;
  • Məhsulun gələcəkdə təkmilləşdirilməsi üçün müştəri ehtiyaclarını müvafiq şöbəyə effektiv şəkildə çatdırmaq;
  • Kompleks satış dövrlərində strateji  planlaşdırma tərtib etmək və icrası üçün satış komandası ilə tərəfdaşlıq etmək;
  • TMS Pro sistemində quyu-tamponaj sementinə dair bütün müştəri müraciətlərinin və şikayətlərinin qeydiyyatını aparmaq;
  • Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi;
  • API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək

Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar 

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily44
  • Weekly290
  • Monthly1327