İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- Satışın idarə olunması, neft-qaz sənayesi, quyuların istismarı, quyuların sementlənməsi və əlaqədar sahədə ali təhsil
- Neft-qaz sənayesi, quyuların istismarı, tikinti materiallarının istehsalı prosesi üzrə biliklər
- Sənaye standartlarına dair əsas biliklərə malik olmaq
- Bazarın monitorinqini aparmaq bacarığı
- Müvafiq sahədə 2-3 il təcrübə
- İngilis dili və MS ofis proqramları
- B1, B kateqoriyalarında sürücülük vəsiqəsinin olması
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Müştərilərə şirkətin məhsul və xidmətlərini izah etmək üçün texniki təqdimatlar hazırlamaq;
- Bazarın, potensial yerli və beynəlxalq müştərilərin monitorinqi və onların Norm məhsulları üzrə ehtiyaclarını öyrənmək;
- Müştərilərlə müqavilə və digər sənədləşmə prosedurlarında dəstək göstərmək;
- Müştəri ilə ödəniş şərtlərini, kredit xətti prosedurlarını izləmək və rəhbərliyə təkliflər təqdim etmək;
- Quyu-tamponaj sementinin bazar araşdırmasına dair nəticələri toplamaq və hesabat vermək;
- Müştərilərin məhsulun keyfiyyəti ilə bağlı texniki dəstək ehtiyacına dair rəyləri almaq və həllinə dair təkliflər hazırlamaq;
- Bazarın monitorinq etmək, potensial müştərilərlə biznes imkanları araşdırmaq və kommersiya planı hazırlamaq;
- Müştərinin tələblərini anlamaq və satış dəstəyini təmin etmək üçün satış, marketinq, logistika və texniki komandalarla əməkdaşlıq etmək;
- Satışa dəstək, müştəri ilə əməkdaşlığın təqibi, sifarişlərin icrası, yenilənməsi, qiymətlərin müzakirəsi, satışın tamamlanması və çatdırılmaların təşkilində iştirak;
- Hədəf müştərilər üçün yeni satış və marketinq strategiyalarının formalaşdırılması üçün müştəri rəylərini öyrənmək, qeydlər aparmaq və məlumatları qiymətləndirmək;
- Təkmilləşdirmə sahələrini müəyyən etmək və problemləri və mümkün həll yollarını rəhbərliyə təqdim etmək;
- Satış kvotalarını müəyyən etmək və onlara nail olmaq;
- Məhsulun gələcəkdə təkmilləşdirilməsi üçün müştəri ehtiyaclarını müvafiq şöbəyə effektiv şəkildə çatdırmaq;
- Kompleks satış dövrlərində strateji planlaşdırma tərtib etmək və icrası üçün satış komandası ilə tərəfdaşlıq etmək;
- TMS Pro sistemində quyu-tamponaj sementinə dair bütün müştəri müraciətlərinin və şikayətlərinin qeydiyyatını aparmaq;
- Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi;
- API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
Biz nə təklif edirik:
- Könüllü tibbi sığorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.