SƏTƏM üzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM üzrə mühəndis

  • Deadline 1 Noyabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5,3 min ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur. 

İş yeri: Qarabağ

Tələblər: 

  • Əməyin mühafizəsi və ya buna bənzər sahədə ali bakalavr təhsili
  • İngilis dilini orta səviyyədə bilmək
  • MS Office proqramlarında işləmək
  • Əməyin Mühafizəsi ilə əlaqədar yerli qanunvericiliyin tələblərini bilmək
  • İSO 45001; İSO 9001; İSO 14001 standartlarından anlayışı olmalı 
  • Ətraf mühit, ekologiya, sanitariya və gigiyena qaydalarından xəbərdar olmaq

Əsas vəzifə və öhdəliklər:

  • Rəhbərliyin, işçi heyətin və subpodratçıların şirkətin SƏTƏM siyasətindən,qaydalarından xəbərdarlığının təmini üçün təlim və inkişaf proqramlarının təşkili və həyata keçirilməsi
  • OHSAS 18001 standartlarının tələblərinin yerinə yetirlməsinin təmini
  • SƏTƏM qaydaları ilə əlaqədar qanunvericilik və standartların tələblərini təşkil etmək, tətbiqinə nəzarət etmək
  • Bütün işçilərin, podratçıların və qonaqların SƏTƏM qaydaları ilə tanış edilməsi
  • SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqlərində və müvafiq hesabatın hazırlanmasında iştirak etmək, görüləcək tədbirlərin nəticələrinin izlənilməsi
  • Zavodda SƏTƏM fəaliyyətinin aylıq monitorinqi, qiymətləndirilməsi və icmalını təşkil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
  • İstehsalatda və tikintidə baş verən bədbəxt hadisələrin araşdırılması, əlaqədar sənədlərin hazırlanması və əlaqəli dövlət qurumları ilə əməkdaşlıq; Qəza Ehtimalı/Risk/Müşahidə Hesabatları
  • Baş vermiş hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq hesabatın hazırlanması və qəbul edilmiş qərarların icrasının izlənməsi
  • İşə icazə sisteminin tətbiqinin təmin olunması, nəzarəti və izlənməsi
  • Fövqəladə hallar zamanı müvafiq prosedur, təlimatların tələblərinin yerinə yetirilməsini təmin etmək. Fövqəladə hallar ilə əlaqədar təlim təşkil etmək
  • Gündəlik yoxlamalarına aparılmasına nəzarət
  • Yanğın Təhlükəsizliyi ilə əlaqədar tələblərin yerinə yetirilməsini təmin etmək, Yanğın təhlükəsizliyi avadanlıq və alətlərin mütəmadi yoxlanılması
  • Risklərin müəyyən edilməsi və nəzarət məqsədilə işə icazə sisteminin icrasının və risklərin qiymətləndirilməsinin təmin edilməsi
  • Yanğından mühafizə tədbirlərinin təşkili, yanğından mühafizə sistemlərinin işlək vəziyyətinin təmini
  • Fövqəladə hallar planının tərtibi, icrası və fövqaladə hallar komandasının işinə nəzarət
  • Zavodun fəaliyyəti nəticəsində meydana çıxan atmosfer tullantılarının Azərbaycanın ekoloji norma və standartlarına uyğun izlənilməsi
  • Şöbənin işçi seçimi və illik təlim planının hazırlanması

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 31.10.2024

 

  • Daily0
  • Weekly282
  • Monthly1372