İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- İqtisadiyyat, gömrük, maliyyə və ya biznesin idarəedilməsi üzrə ali bakalavr təhsili (Magistr dərəcəsinin olması üstünlükdür)
- Logistika sahəsində ən azı 3 il iş təcrübəsi
- Əla səviyyədə İngilis dili biliyi
- SAP, MS Office, TMS proqramları üzrə bacarıqlar
- e-customs, e-keyfiyyət, e-gov.az portallarından istifadə bacarıqları
- CILT və ya oxşar sertifikat
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Logistika xidmətləri sahəsində mütəmadi bazar araşdırmalarının aparılması və yeni daşıyıcı şirkətlərin müəyyən edilməsi;
- Yeni şirkətlərin ilkin qiymətləndirilməsinin təşkili və qiymətləndirmə nəticəsinə əsasən şirkətlərlə müqavilələrin bağlanmas;
- Sifariş edilmiş malların daşınması üçün sorğuların çıxılması və şirkətlərin seçilməsi;
- Sifariş edilmiş mallar göndərilmək üçün hazır olduqda təchizatçının təqdim etdiyi gömrük-nəqliyyat sənədlərinin düzgünlüyünün yoxlanılması və təsdiqlənməsi;
- İdxal olunan malın mənşə ölkəsinə və tələbin təcililiyinə əsasən uyğun marşrutun və nəqliyyat növünün seçilməsi;
- Daşınma prosesinə nəzarət edilməsi, daşınma planında baş verən dəyişikliklərlə bağlı şöbə rəhbəri və son istifadəçinin məlumatlandırılması;
- İdxal olunan yüklər üzrə Qısa İdxal Bəyannamələrinin vaxtında nəqliyyatçı şirkətə təqdim edilməsi;
- İdxal olunan mal və materiallara AR Nazirlər Kabinetinin 500 saylı qərarı ilə təsdiqlənmiş XİFM kodun təyin edilməsi. Ehtiyac yarandığı təqdirdə Ümumdünya Gömrük Təşkilatının müvafiq izahatnaməsinə müraciət edilməsi;
- Gömrük rəsmiləşməsi üçün tələb edilən sənədlərin doğru şəkildə gömrük brokerinə təqdim edilməsi;
- Malların yük gömrük bəyannaməsində doğru təsvir edilməsi üçün gömrük brokerinə idxal olunan mallarla bağlı dəqiq məlumatın verilməsi;
- Gömrük rəsmiləşməsi prosesinin bitməsi ilə bağlı müvafiq şöbələrin məlumatlandırılması;
- İdxal/ixrac olunan malların məbləğinə əsasən hər zaman gömrük sistemində rüsum, ƏDV və digər xidmətlərin ödənilməsi üçün kifayət qədər maliyyə vəsaitinin olmasına nəzarət edilməsi;
- Daşınma şirkətlərinin təqdim etdiyi ödəniş sənədlərinin doğruluğunun yoxlanılması və ödənişə təqdim edilməsi;
- E-customs və e-keyfiyyət portallarında müvafiq müraciətlərin (ekspertiza, anti-inhisar) edilməsi;
- Daşınma şirkətinin illik qiymətləndirilməsinin aparılması və qiymətləndirmə nəticəsinə əsasən gələcək fəaliyyətin müəyyənləşdirilməsi;
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
- Könüllü tibbi sığorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.