Təchizat Logistikası üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təchizat Logistikası üzrə Mütəxəssis

  • Deadline 17 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • İqtisadiyyat, gömrük, maliyyə və ya biznesin idarəedilməsi üzrə ali bakalavr təhsili (Magistr dərəcəsinin olması üstünlükdür)
  • Logistika sahəsində ən azı 3 il iş təcrübəsi
  • Əla səviyyədə İngilis dili biliyi
  • SAP, MS Office, TMS proqramları üzrə bacarıqlar
  • e-customs, e-keyfiyyət, e-gov.az portallarından istifadə bacarıqları
  • CILT və ya oxşar sertifikat 

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Logistika xidmətləri sahəsində mütəmadi bazar araşdırmalarının aparılması və yeni daşıyıcı şirkətlərin müəyyən edilməsi;
  • Yeni şirkətlərin ilkin qiymətləndirilməsinin təşkili və qiymətləndirmə nəticəsinə əsasən şirkətlərlə müqavilələrin bağlanmas;
  • Sifariş edilmiş malların daşınması üçün sorğuların çıxılması və şirkətlərin seçilməsi;
  • Sifariş edilmiş mallar göndərilmək üçün hazır olduqda təchizatçının təqdim etdiyi gömrük-nəqliyyat sənədlərinin düzgünlüyünün yoxlanılması və təsdiqlənməsi;
  • İdxal olunan malın mənşə ölkəsinə və tələbin təcililiyinə əsasən uyğun marşrutun və nəqliyyat növünün seçilməsi;
  • Daşınma prosesinə nəzarət edilməsi, daşınma planında baş verən dəyişikliklərlə bağlı şöbə rəhbəri və son istifadəçinin məlumatlandırılması;
  • İdxal olunan yüklər üzrə Qısa İdxal Bəyannamələrinin vaxtında nəqliyyatçı şirkətə təqdim edilməsi;
  • İdxal olunan mal və materiallara AR Nazirlər Kabinetinin 500 saylı qərarı ilə təsdiqlənmiş XİFM kodun təyin edilməsi. Ehtiyac yarandığı təqdirdə Ümumdünya Gömrük Təşkilatının müvafiq izahatnaməsinə müraciət edilməsi;
  • Gömrük rəsmiləşməsi üçün tələb edilən sənədlərin doğru şəkildə gömrük brokerinə təqdim edilməsi;
  • Malların yük gömrük bəyannaməsində doğru təsvir edilməsi üçün gömrük brokerinə idxal olunan mallarla bağlı dəqiq məlumatın verilməsi;
  • Gömrük rəsmiləşməsi prosesinin bitməsi ilə bağlı müvafiq şöbələrin məlumatlandırılması;
  • İdxal/ixrac olunan malların məbləğinə əsasən hər zaman gömrük sistemində rüsum, ƏDV və digər xidmətlərin ödənilməsi üçün kifayət qədər maliyyə vəsaitinin olmasına nəzarət edilməsi;
  • Daşınma şirkətlərinin təqdim etdiyi ödəniş sənədlərinin doğruluğunun yoxlanılması və ödənişə təqdim edilməsi;
  • E-customs və e-keyfiyyət portallarında müvafiq müraciətlərin (ekspertiza, anti-inhisar) edilməsi;
  • Daşınma şirkətinin illik qiymətləndirilməsinin aparılması və qiymətləndirmə nəticəsinə əsasən gələcək fəaliyyətin müəyyənləşdirilməsi;
  • Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar 

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily37
  • Weekly174
  • Monthly177