Avtoyükləyici Operatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avtoyükləyici Operatoru

  • Deadline 30 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 6500 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Avtoyükləyici Operatoru tələb olunur.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • Sahə üzrə  3 il iş təcrübəsi
  • Avtoyükləyici idarəetmə bacarığı
  • Avtoyükləyici operatoru sertifikatı

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Avtoyükləyici maşının planlı olaraq yoxlanılması və təmizliyinin təmin edilməsi. Baş verən nasazlıqla bağlı bişbaşa rəhbərin məlumatlandırılması;
  • Yüklərin təhlükəsiz və vaxtında daşıma, yükləmə işlərinin yerinə yetirilməsi;
  • Paketləmə avadanlığından (palletizer) çıxan sement yüklü paletlərin daşınması, yük maşınına verilən plana uyğun yüklənməsi və boşaldılması;
  • Yükləmə və boşaltma işinin paketləri zədələmədən uyğun şəkildə yerinə yetirilməsi;
  • Sahədə öncədən səliqə ilə yığılmış tullantıların ayrılmış bölgəyə daşınması;
  • Ehtiyac olduqda zavodun digər bölümlərində də yükləmə, daşıma və boşaltma işlərinin yerinə yetirilməsi;
  • Yükləmə zamanı meydana gələ biləcək yırtılmış paketlərin ayrılması;
  • Texnikanın servisi zamanı problemlərin ətraflı izah edilməsi və təmir işlərinə nəzarət;
  • Təmir məntəqəsində texnikaların mexaniki-texniki təmir işlərində köməklik/dəstək göstərilməsi;
  • Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar 

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily123
  • Weekly123
  • Monthly1832