Vəzifə Öhdəlikləri
- Müxtəlif funksiyalı layihələrin layihələndirməsi. Baş plan, iri miqyaslı yaşayış və ictimai təyinatlı bina kopleksləri üzrə tikinti layihələrində iştirak təcrübəsi
- Topoqrafik, demoqrafik və nəqliyyat analizlərini oxuma və layihəyə tətbiq etmə bacarığı
- Layihənin urbanistik yanaşma baxımından bütövlüyünü qorumaq məqsədilə digər bölmələr ilə effektiv koordinasiya
- Memarlıq, Konstruksiya, Nəqliyyat, landşaft və infrastruktur üzrə bölmələr ilə sıx əməkdaşlıq
- Tikinti Norma və Qaydaları (TNQ), Dövlət standartları (AZS) və Şəhərsalma-Tikinti Məcəlləsi üzrə məlumatlılıq və diqqətlilik
- Tikinti materiallara, texnologiya və quraşdırmalara dair bilik
- BOQ və Texniki Spesifikasiyaların tərtibi
- Çap və təqdimatdan öncə məlumatların uyğunluğunu yoxlamaq və təmin etmək
- Vaxtında və keyfiyyətli nəticə göstərmək bacarığı vacibdir
Tələblər
- Memarlıq və ya Şəhərsalma ixtisası üzrə ali təhsil
- Urbanistika və Şəhərsalma sahəsində ixtisasartırma və ya sertifikatlar üstünlüklü
- Baş plan, şəhərsalma və ya irimiqyaslı kompleks layihələr üzrə iş təcrübəsi – minimum 6-7 il
- Urban planlama konsepsiyalarının hazırlanması və inkişaf etdirilməsi üzrə təcrübə.
- Layihələrin ilkin konsepsiyadan Layihə təqdimatlarının, Konsepsiya, İşçisinin və Tikinti cizgilərinin hazırlama bacarığı. Müəllif nəzarətində və layihənin icra mərhələsində aktiv iştirak təcrübəsi
- Revit, AutoCAD, Sketchup və GIS proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Qrafika uyğun işləmək və təyin olunmuş dealine-lara riayyət etmək
- Gərgin iş şəraitində və qısa müddətli tapşırıqlarda effektiv fəaliyyət göstəmək bacarığı
- Stressa davamlılıq və Yüksək Məsuliyyət hissi
- Yaradıcı düşüncə, detallara diqqət və təşəbüskarlıq
Qeydlər:
- Peşəkar və dinamik kollektivdə inkişaf yönümlü iş mühitində əməkdaşlıq
- Komanda işi və qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq mədəniyyati
- Tapşırıqların yerinə yetirilməsində müvafiq iş çərçivələrinə riayət edərək səmərəli və keyfiyyətli iş icrası
- Şirkətin iş qaydalarına və prosedurlarına hörmətlə yanaşması
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını [email protected] və ya [email protected] elektron poçt ünvanlarına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Baş Plan Layihəçi Memar” qeyd etməyiniz vacibdir.