North West Construction North West Construction

Briqadir (Yol Tikinti İşləri üzrə, Qarabağ)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Briqadir (Yol Tikinti İşləri üzrə, Qarabağ)

  • Deadline 16 April 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Yol tikinti işlərinin layihəyə, texniki şərtlərə və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək
  • Yol örtüyünün hazırlanması, torpaq işləri, əsas qatların və asfalt qatlarının düzgün və vaxtında yerinə yetirilməsini təmin etmək
  • İşçi qüvvəsi, texnika və materiallardan səmərəli istifadəni təşkil etmək
  • Yol tikintisi texnikasının (ekskavator, qreyder, silindr, asfalt döşəyən texnika və s.) düzgün istifadə olunmasına nəzarət etmək
  • İşçilərə gündəlik tapşırıqlar vermək və onların iş prosesini koordinasiya etmək
  • Tikinti sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
  • Digər briqadirlər və layihə rəhbərliyi ilə koordinasiyalı şəkildə işləmək
  • İş sahəsində materialların düzgün saxlanılmasına və istifadəsinə nəzarət etmək
  • İşlərin mərhələlər üzrə vaxtında və keyfiyyətlə başa çatdırılmasını təmin etmək
  • Yol tikinti işlərinin təhvil-təslimi zamanı Tikinti meneceri ilə birlikdə prosesdə iştirak etmək

Tələblər

  • Yol tikintisi və ya tikinti sahəsində minimum 3-5 il iş təcrübəsi
  • Briqadir və ya oxşar vəzifədə iş təcrübəsi üstünlükdür
  • Yol tikinti texnikası və texnologiyaları haqqında bilik
  • İşçi heyətini idarəetmə və təşkilatçılıq bacarığı
  • Təhlükəsizlik qaydalarına ciddi riayət etmək bacarığı

Əgər bu vəzifə ilə maraqlanırsınızsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiya adını qeyd etməklə göndərin.

  • Daily117
  • Weekly244
  • Monthly1374