Vəzifə öhdəlikləri
- Yol tikinti işlərinin layihəyə, texniki şərtlərə və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək
- Yol örtüyünün hazırlanması, torpaq işləri, əsas qatların və asfalt qatlarının düzgün və vaxtında yerinə yetirilməsini təmin etmək
- İşçi qüvvəsi, texnika və materiallardan səmərəli istifadəni təşkil etmək
- Yol tikintisi texnikasının (ekskavator, qreyder, silindr, asfalt döşəyən texnika və s.) düzgün istifadə olunmasına nəzarət etmək
- İşçilərə gündəlik tapşırıqlar vermək və onların iş prosesini koordinasiya etmək
- Tikinti sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
- Digər briqadirlər və layihə rəhbərliyi ilə koordinasiyalı şəkildə işləmək
- İş sahəsində materialların düzgün saxlanılmasına və istifadəsinə nəzarət etmək
- İşlərin mərhələlər üzrə vaxtında və keyfiyyətlə başa çatdırılmasını təmin etmək
- Yol tikinti işlərinin təhvil-təslimi zamanı Tikinti meneceri ilə birlikdə prosesdə iştirak etmək
Tələblər
- Yol tikintisi və ya tikinti sahəsində minimum 3-5 il iş təcrübəsi
- Briqadir və ya oxşar vəzifədə iş təcrübəsi üstünlükdür
- Yol tikinti texnikası və texnologiyaları haqqında bilik
- İşçi heyətini idarəetmə və təşkilatçılıq bacarığı
- Təhlükəsizlik qaydalarına ciddi riayət etmək bacarığı
Əgər bu vəzifə ilə maraqlanırsınızsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiya adını qeyd etməklə göndərin.