Elektronçu (Elektron avadanlıqların texniki xidməti və təmiri) (Qarabağ)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Elektronçu (Elektron avadanlıqların texniki xidməti və təmiri) (Qarabağ)

  • Истекает 10 апрель 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Elektrik və elektron sistemlərin müntəzəm texniki baxışını həyata keçirmək
  • Avadanlıqlarda yaranan nasazlıqları aşkar edib, aradan qaldırmaq
  • Sensorlar, mühərriklər, idarəetmə panelləri və digər komponentlərin sazlanması
  • Yanacaq doldurma məntəqələrində, çənlərdə, dispenserlərdə və yanacaq nasoslarında elektron sistemlərin işləkliyini təmin etmək
  • Elektron plataların nasazlıqlarını müəyyənləşdirmək və təmir etmək
  • Yanacaq səviyyə sensorları, debimetrlər, avtomatik idarəetmə panelləri və digər elektron komponentləri yoxlamaq və sazlamaq
  • Yeni yanacaq avadanlıqlarının quraşdırılması və sazlanması
  • Elektron plataların düzgün qoşulmasını və işləməsini təmin etmək
  • Yanacaq dispenserlərinin və avtomatik idarəetmə sistemlərinin proqramlaşdırılması və kalibrlənməsi
  • Yanacaqdoldurma məntəqələrinin avtomatlaşdırılmış sistemlərinin texniki xidməti və sazlanması
  • Elektron sensorlar, klapanlar və digər avtomatik idarəetmə elementləri ilə işləmək
  • Mərkəzi nəzarət sistemləri ilə yanacaq dispenserlərinin və anbarlarının inteqrasiyasını təmin etmək
  • Partlayışa davamlı avadanlıqlarla işləyərkən təhlükəsizlik qaydalarına ciddi əməl etmək
  • Yanacaq və qaz mühitində işləyən elektron avadanlıqların standartlara uyğunluğunu yoxlamaq
  • Yanğın və elektrik təhlükəsizliyi tədbirlərini yerinə yetirmək
  • Texniki baxış və təmir işləri ilə bağlı hesabatların tərtib edilməsi
  • Platalar üzrə dəyişdirilmiş komponentlərin və aparılmış diaqnostik tədbirlərin qeydiyyatının aparılması
  • Avadanlıqlarda ehtiyac duyulan ehtiyat hissələri və materialların sifarişinin təşkili

Tələblər:

  • Elektronika, Elektrik mühəndisliyi və ya əlaqəli sahə üzrə orta ixtisas və ya ali təhsil
  • Elektron avadanlıqların diaqnostikası və təmiri üzrə ən azı 2-3 il iş təcrübəsi
  • Yanacaq sektoru və sənaye avadanlıqları ilə işləmə təcrübəsi üstünlükdür
  • Elektron sxemlərin oxunması və analiz edilməsi
  • Mikroprosessorlu idarəetmə sistemləri, sensorlar və platalar üzrə biliklər
  • Avtomatlaşdırma sistemləri haqqında anlayış
  • Elektron cihazların diaqnostikası və lövhə (plata) üzərində təmir bacarığı
  • Elektrik təhlükəsizliyi qaydalarına dair biliklər
  • Texniki sənədlərlə işləmək bacarığı
  • Komandada işləmək və problemi operativ həll etmək qabiliyyəti
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür

Məktubun mövzusunda “Elektronçu (Qarabağ)” sözlərini qeyd edərək elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

  • Daily87
  • Weekly443
  • Monthly1017