Vəzifə öhdəlikləri:
- Elektrik və elektron sistemlərin müntəzəm texniki baxışını həyata keçirmək
- Avadanlıqlarda yaranan nasazlıqları aşkar edib, aradan qaldırmaq
- Sensorlar, mühərriklər, idarəetmə panelləri və digər komponentlərin sazlanması
- Yanacaq doldurma məntəqələrində, çənlərdə, dispenserlərdə və yanacaq nasoslarında elektron sistemlərin işləkliyini təmin etmək
- Elektron plataların nasazlıqlarını müəyyənləşdirmək və təmir etmək
- Yanacaq səviyyə sensorları, debimetrlər, avtomatik idarəetmə panelləri və digər elektron komponentləri yoxlamaq və sazlamaq
- Yeni yanacaq avadanlıqlarının quraşdırılması və sazlanması
- Elektron plataların düzgün qoşulmasını və işləməsini təmin etmək
- Yanacaq dispenserlərinin və avtomatik idarəetmə sistemlərinin proqramlaşdırılması və kalibrlənməsi
- Yanacaqdoldurma məntəqələrinin avtomatlaşdırılmış sistemlərinin texniki xidməti və sazlanması
- Elektron sensorlar, klapanlar və digər avtomatik idarəetmə elementləri ilə işləmək
- Mərkəzi nəzarət sistemləri ilə yanacaq dispenserlərinin və anbarlarının inteqrasiyasını təmin etmək
- Partlayışa davamlı avadanlıqlarla işləyərkən təhlükəsizlik qaydalarına ciddi əməl etmək
- Yanacaq və qaz mühitində işləyən elektron avadanlıqların standartlara uyğunluğunu yoxlamaq
- Yanğın və elektrik təhlükəsizliyi tədbirlərini yerinə yetirmək
- Texniki baxış və təmir işləri ilə bağlı hesabatların tərtib edilməsi
- Platalar üzrə dəyişdirilmiş komponentlərin və aparılmış diaqnostik tədbirlərin qeydiyyatının aparılması
- Avadanlıqlarda ehtiyac duyulan ehtiyat hissələri və materialların sifarişinin təşkili
Tələblər:
- Elektronika, Elektrik mühəndisliyi və ya əlaqəli sahə üzrə orta ixtisas və ya ali təhsil
- Elektron avadanlıqların diaqnostikası və təmiri üzrə ən azı 2-3 il iş təcrübəsi
- Yanacaq sektoru və sənaye avadanlıqları ilə işləmə təcrübəsi üstünlükdür
- Elektron sxemlərin oxunması və analiz edilməsi
- Mikroprosessorlu idarəetmə sistemləri, sensorlar və platalar üzrə biliklər
- Avtomatlaşdırma sistemləri haqqında anlayış
- Elektron cihazların diaqnostikası və lövhə (plata) üzərində təmir bacarığı
- Elektrik təhlükəsizliyi qaydalarına dair biliklər
- Texniki sənədlərlə işləmək bacarığı
- Komandada işləmək və problemi operativ həll etmək qabiliyyəti
- Sürücülük vəsiqəsinin olması üstünlükdür
Məktubun mövzusunda “Elektronçu (Qarabağ)” sözlərini qeyd edərək elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.