Vəzifə və Öhdəliklər:
- Məsul olduğu təmir və tamamlanma layihəsinin sənədlərə uyğun icra etmək və zəruri aktları hazırlayıb imzalamaq;
- Hazırlanan hesabatlar ilə əlaqədar işin həcmini , maliyyə ehtiyacı və layihə sonu proyeksiya ehtimalları ilə layihənin hazırlanması zamanı ortaya çıxa bilən səhvləri müəyyən edərək lazımi tədbirlərin alınmasını təmin etmək;
- Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;
- Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal – materialların müəyyən edilməsi;
- Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli;
- Tikinti layihəsinə cəlb edilmiş podratçı və subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi;
- Ondan asılı olan layihə və ya layihələrin baş planı, büdcə və iş proqramlarının hazırlanması, lazım olduğu təqdirdə təftiş edilməsi, bunların icrasına nəzarət etmək və rəhbərliyə hesabat vermək;
- Görülmüş işlər üzrə günlük, aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.
Namizədlərə qarşı tələblər:
- Mühəndislik ixtisası üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 7-10 il fit-out (incə işlər) işlərdə iş təcrübəsi;
- Kompüter bacarıqları: MS Office, Autocad;
- Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
- PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı;
- Ezamiyyətlərə açıq olmaq.
Müraciət qaydası:
- CV-sini [email protected] və ya [email protected] elektron ünvanına göndərməlidir
- Elektron məktubun mövzusunda “Tikinti meneceri (fit-out)” sözlərini qeyd etməlidir
- Namizədliyini göstərilən tələblərə uyğun şəkildə dəstəkləyən istənilən digər sənəd və materialları CV-si ilə birgə təqdim edə bilər