Vəzifə öhdəlikləri:
- Yol, kommunikasiya xətləri və digər infrastruktur işlərinin icrasına nəzarət etmək
- Layihə üzrə iş qrafikinin icrasını təmin etmək
- Tikinti sahəsində texniki və əməliyyat proseslərini koordinasiya etmək
- Material və texnikanın düzgün istifadəsinə nəzarət etmək
- Texniki sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək
- Keyfiyyət və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etməkLayihə dəyişiklikləri zamanı operativ qərarların verilməsi və tətbiqi
- Materialların düzgün istifadəsinə və sahədə resursların idarə olunmasına nəzarət
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli sahə)
- Tikinti sahəsində minimum 5 il iş təcrübəsi
- Tikinti prosesləri və texnologiyaları üzrə yaxşı bilik
- Layihə sənədlərini (çertyoj, plan və s.) oxuma bacarığı
- Planlaşdırma və təşkilatçılıq bacarıqları
- Azərbaycan dilində sərbəst, İngilis dili biliyi üstünlükdür
- MS Office proqramlarında işləmə bacarığı (AutoCAD üstünlükdür)
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “İnfrastruktur işləri üzrə sahə mühəndisi (Ağdərə)” başlığı ilə göndərməklə edə bilərsiniz.