Vəzifə Öhdəlikləri:
- IT Service Management (ITSM) və Ticketing System vasitəsilə daxil olan müraciətlərin izlənməsi və vaxtında icrasının təmin edilməsi , rəsmi üslubda yazılı komunkasiyanın qurulması;
- Endpoint cihazların idarə olunması (desktop, noutbuk, mobil cihazlar,). Müəyyən hissələrin dəyişdirilməsi, ssd, ram, klaviatura.
- Windows 11 və MacOS əməliyyat sistemlərində nasazlıqların aradan qaldırılması, sazlama və performans optimizasiyası;
- Microsoft office 2016, 2021 (Outlook, Teams, SharePoint, OneDrive və s.) dəstəklənməsi, konfiqurasiyası;
- Tikinti şirkətlərində geniş istifadə olunan mühəndislik və dizayn proqramlarının (AutoCAD, SketchUp, Adobe Creative Suite və s.) quraşdırılması, lisenziya idarəçiliyi, plaginlərin yenilənməsi və optimallaşdırılması;
- Network Administration üzrə baza əməliyyatların icrası (IP addressing, DNS, DHCP, VLAN konfiqurasiyası, LAN/WAN troubleshooting);
- Structured Cabling System (SCS) üzrə işlərin icrası – Cat5/6 kabel xətləri, patch panel, krimpləmə və test proseslərinin aparılması;
- Active Directory və Group Policy Management üzərindən istifadəçi hesablarının yaradılması, silinməsi, şifrə resetlənməsi, qruplara qoşulması və resurslara icazələrin verilməsi;
- Backup və Recovery sistemlərinin idarə olunması – istifadəçi fayllarının, e-poçtların və server resurslarının təhlükəsiz ehtiyat nüsxələrinin saxlanılması və bərpası;
- Endpoint Security və Antivirus həllərinin (Bitdefender, Kaspersky, ESET və s.) idarə olunması, yenilənməsi və təhlükəsizlik insidentlərinin monitorinqi;
- Müxtəlif İT avadanlıqları ilə iş bacarığı – printerlər, çoxfunksiyalı qurğular (MFP), proyektorlar, şəbəkə cihazları və digər periferik avadanlıqlar;
- İT avadanlıqlarının inventarizasiyası və aktivlərin idarə olunması (IT Asset Management);
- İnformasiya təhlükəsizliyi standartlarına (ISO/IEC 27001 və s.) uyğun olaraq daxili qaydalara riayət edilməsi və istifadəçilərin maarifləndirilməsi.
Tələblər:
- Windows 11 əməliyyat sistemi üzrə dərin texniki bilik və təcrübə;
- MacOS sistemləri üzrə orta səviyyədə anlayış;
- Xerox Versalink , Altalink. Hp printer və plotterlə işləmə bacarığı
- Hp və Lenovo laptopların basic fiziki problemlərin aradan qaldırılma bacarığı
- Microsoft Office proqramları (Word, Excel, Outlook və s.) üzrə funksional bilik;
- Qrafik və arxitektur proqram təminatlarının quraşdırılması sahəsində təcrübə;
- Active Directory sisteminə dair baza səviyyəsində bilik;
- Lokal şəbəkə ilə iş bacarığı, kabelləmə işləri üzrə ilkin təcrübə;
- Komandada işləmək və istifadəçilərlə effektiv ünsiyyət qurmaq bacarığı;
- Texniki sənədlərlə işləmə bacarığı və məsuliyyətli yanaşma.
- Müvafiq sahədəd minum 5 il iş təcrübəsi
- Dil bilikləri Azərbaycan, İnilig, Rus (texniki bilik səviyyəsində)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını [email protected] və ya [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Kiçik İT mütəxəssisi” qeyd etməyiniz vacibdir.