Vəzifə Öhdəlikləri
- Yeni əməkdaşlar üçün vəzifəyə uyğun kompüter və digər IT avadanlıqlarının hazırlanması və təqdim edilməsi.
- İstifadəçi hesablarının yaradılması, tələb olunan sistem və resurslara giriş hüquqlarının verilməsi.
- İşdən ayrılan əməkdaşlardan IT avadanlıqlarının təhvil alınması və istifadəçi hesablarının deaktiv edilməsi prosesində iştirak.
- İstifadəçi məlumatlarının backup edilməsi və kompüter dəyişiklikləri zamanı məlumatların köçürülməsi.
- IT Asset Management sistemində avadanlıqların qeydiyyatı, təhkim edilməsi və statuslarının aktual saxlanılması.
- Ticket sistemi üzərindən daxil olan IT müraciətlərinin qəbul edilməsi, prioritetləşdirilməsi, həlli və zəruri hallarda eskalasiyası.
- Ofis istifadəçilərində yaranan hardware, software, Windows, Microsoft Office, Outlook, şəbəkə və periferik avadanlıq problemlərinin həll edilməsi.
- Memarlıq və mühəndislik istiqamətində istifadə olunan AutoCAD, Revit, Civil 3D, Navisworks və digər proqram təminatlarının quraşdırılması və ilkin sazlanması.
- Printer, plotter, skaner və digər ofis avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və texniki dəstəyinin təmin edilməsi.
- İstifadəçi kompüterlərində təsdiq edilmiş proqram təminatlarının quraşdırılması, yenilənməsi və texniki sazlanması.
- Görülmüş işlərin, həll edilmiş problemlərin və istifadəçi müraciətlərinin müvafiq sistemlərdə düzgün sənədləşdirilməsi.
- İstifadəçilər, digər departamentlər və təchizatçılarla peşəkar və rəsmi texniki yazışmaların aparılması.
Tələblər
- İT sahəsində minimum 4 il iş təcrübəsi.
- Windows 11 və Microsoft Office 2021/2024 məhsulları üzrə yüksək səviyyədə praktiki bilik
- Active Directory, istifadəçi və qrup idarəetməsi, Group Policy (GPO) və Print Server üzrə praktiki bilik.
- TCP/IP, DNS, DHCP, LAN, Wi-Fi, VPN və Windows şəbəkə problemlərinin diaqnostikası üzrə baza bilikləri.
- Xerox printerləri, şəbəkə printerləri və plotterlərin quraşdırılması, konfiqurasiyası və problemlərinin həlli bacarığı.
- PDQ Deploy, PDQ Inventory, SCCM/MECM və ya analoji software deployment və endpoint management sistemləri ilə işləmək bacarığı.
- IT Asset Management və Ticket Management sistemləri ilə işləmək bacarığı.
- AutoCAD, Revit, Civil 3D, Navisworks və digər memarlıq/mühəndislik proqramlarının quraşdırılması və ilkin sazlanması üzrə təcrübə.
- ITIL, Incident Management, Service Request, SLA və eskalasiya prinsipləri haqqında baza bilikləri.
- İnformasiya təhlükəsizliyi, access management, MFA, Least Privilege və istifadəçi məlumatlarının qorunması prinsipləri haqqında anlayış.
- Yüksək analitik düşüncə, problemlərin diaqnostikası və operativ həlli bacarığı.
- Komandada işləmək, istifadəçilərlə düzgün ünsiyyət qurmaq, məsuliyyətlilik və rəsmi işgüzar yazışma bacarığı.
- Azərbaycan dili sərbəst, rus və ingilis dilləri isə texniki dokumentasiyanı anlamaq və texniki ünsiyyət qurmaq səviyyəsində.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını [email protected] və ya [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Kiçik İT mütəxəssisi” qeyd etməyiniz vacibdir.