North West Construction North West Construction
  • 878

Layihə Meneceri (mülki tikinti)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihə Meneceri (mülki tikinti)

  • Deadline 18 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barəsində məlumat:

  • Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi,
  • Layihəüzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan münasibətlərin tənzimlənməsini,
  • Layihəüçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi,
  • Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi,
  • Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi,
  • Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi,
  • Layihənin gedişatı və xərclərlə ilə bağlı periyodik hesabatların hazırlanmasının təmin edilməsi
  • Vəzifələri ilə bağlı hər növ yazışma, müqavilə, hesabat və s. sənədlərin nizamlı şəkildə hazırlamaq və saxlamaq .
  • Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi.

Tələblər:

  • İnşaat,mülki-tikinti və ya müvafiq sahəüzrə ali təhsil;
  • Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 10 il təcrübə;(Mülki bina tikinti üzrə)
  • Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
  • İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
  • MS Office, Autocad proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı;
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
  • Dil bilikləri: Azərbaycan dili-səlis,İngilis və Rus dili-arzuolunandır;

Məktubun mövzusunda “Layihə Meneceri (mülki tikinti)” sözlərini qeyd edərək elektron poçt ünvanına göndərməyinizi xahiş edirik

  • Daily48
  • Weekly404
  • Monthly978