Vəzifə Öhdəlikləri
- İzahat vərəqələrinin normativlərə uyğun və aydın şəkildə hazırlanması
- Mövcud qanunvericilik və şəhərsalma normativləri (Şəhərsalma və Tikinti Məcəlləsi, TNQ və d.) üzrə məlumatlılıq
- Layihə bölmələri üzrə texniki məlumatları sistemləşdirmək və strukturlaşdırmaq
- Texniki məlumatların və layihə parametrlərinin analiz və izah
Tələblər
- Memarlıq və ya Şəhərsalmavə ya tikinti mühəndisliyi ixtisası üzrə ali təhsil
- Memarlıq layihələrinin texniki tapşırıqlarının və izahat vərəqələrinin hazırlanmasında minimum 5 il iş təcrübəsi.
- Layihə məqsədinə uyğun əsaslandırılmış texniki tapşırıq hazırlamaq bacarığı
- Dövlət orqanlarına təqdim olunan layihə sənədlərinin tərtibi üzrə təcrübə
- Fərqli funksiyalı (yaşayış, ictimai, sənaye və s.) layihələr üzrə sənədləşmə təcrübəsi
- MS Office proqramları (xüsusilə Word və Excel)
- AutoCAD və PDF üzərində texniki sənədlərlə işləmə bacarığı
- BIM və digər layihələndirmə sistemləri haqqında ümumi anlayış üstünlükdür
- Məsuliyyətli və diqqətli yanaşma, mətn və texniki məlumatlarda dəqiqlik
Qeydlər:
- Peşəkar və dinamik kollektivdə inkişaf yönümlü iş mühitində əməkdaşlıq
- Komanda işi və qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq mədəniyyati
- Şirkətin iş qaydalarına və prosedurlarına hörmətlə yanaşması
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını [email protected] və ya [email protected] elektron poçt ünvanlarına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Layihə Sənədləşmə üzrə Mütəxəssis” qeyd etməyiniz vacibdir.