Vəzifə öhdəlikləri:
- Yük maşınları və ağır texnikaların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etmək;
- Mexaniki problemlərin növləri və onların yaranma səbəblərini aşkar etmək;
- Maşın və ya hissələri zədələmədən təmir işlərini başa vurmaq;
- Texniki baxış məqsədi ilə tələb olunan alət, avadanlıq və materialları müəyyən etmək və hazırlamaq;
- İstismar zamanı avadanlıqlara qulluq və nəzarət etmək, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək;
- Quraşdırma (montaj) və təmir – bərpa üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək;
- Yük maşınlarının avadanlıqları və qurğularını quraşdırmaq, tənzimləmək və yoxlamaq;
- İş yerindəki prosedurlara uyğun olaraq alət və avadanlıqları saxlamaq;
- Tabeçiliyində olan işçilərin (çilingər və mexanizatorlarin) iş müdetində faydalı iş əmsalına nəzarətə cavabdehlik;
- Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması;
- İşi ilə bağlı ezamiyyətlərdə getməkdə çətinliyi olmaması;
- Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
- Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi.
Namizədə Tələblər:
- Ali və ya orta texniki təhsil (avtomobil nəqliyyatı, mexanika, mühəndislik və ya müvafiq sahə üzrə)
- Yük maşınları və ağır texnikaların təmiri sahəsində ən azı 3 il iş təcrübəsi
- Mexaniki nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması sahəsində praktiki bacarıqlar
- Hidravlik, pnevmatik, elektrik və mexaniki sistemlərin iş prinsipini bilməli
- Fiziki dayanıqlılıq və texnikaya qarşı diqqətli münasibət
Müraciət etmək üçün CV-nizi [email protected] və ya [email protected] elektron poçt ünvanına Mexanik (Qarabağ) qeyd edərək göndərməyinizi xahiş edirəm.