Vəzifə öhdəlikləri:
- Müxtəlif layihələrinin memarlıq bölməsinin yoxlanılması, lazım olan layihə dəyişikliyinin işlənib hazırlanmasının həyata keçirilməsi;
- Bina və tikililərin, və s. memarlıq layihələrinin və baş planların lazımi düzəlişlərinin işlənib hazırlanması, işlərin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsi, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasının təmin edilməsi;
- Layihələndirmə işləri üçün tərtib ediləcək layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativlərə uyğunluğunun təmin edilməsi;
- Tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərinin, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsi işlərində memari həcmlərin hesablanmasının təmin edilməsi;
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasının təmin edilməsi;
- Layihə olunmuş obyektlərin subpodratçı şirkətlər tərəfindən tikintisinə müəllif nəzarəti etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi;
- Layihə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək;
Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrinin tərtib edilməsi;
Namizədə tələblər:
- Müvafiq sahə üzrə Ali təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Rus və İngilis dili yaxşə səviyyədə;
- ArchiCad, AutoCad, 3D Max, SketchUp bilikləri, xüsusilə, əl ilə Sketchup çəkməyi bacarmaq;
- “BOQ” ve “Specification” duzəltmək;
- İnteryer bitiş detalları həlli verə bilmək bacarığı;
Namizədlərdən CV-lərini “Sahə memarı (Bölgə)” başlığı ilə elektron poçt ünvanına göndərmələri xahiş olunu