Vəzifə öhdəlikləri:
- Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik, briqadanın işinin təşkili və idarə edilməsi
- Layihədə tikinti-quraşdırma işlərini, işçi çertyojlarının və ümumi işlərin aparılmasının normativ sənədlərə uyğunluğunun monitorinqi
- Sahəyə təqdim edilmiş işçi cizgilərin sahəyə uyğunlaşdırılması
- Layihə üzrə tələb olunan sənədlərin hazırlanması
- İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət
- Tikinti prosesi zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək
- İşləyən işçi briqadaları təyinatı üzrə yönləndirmək və onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək
Xüsusi tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil
- Su təchizatı və kanalizasiya sistemləri üzrə minimum 5 il iş təcrübəsi
- Microsoft Office proqramlarına yaxşı bələd olmaq
- Qərar qəbul etmək və son tarixlərə uyğun işləmək bacarığı
Müraciət etmək üçün CV-nizi Müraciət Et butonunda qeyd olunan electron poçt ünvanına vakansiyanın adını qeyd edərək göndərməyinizi xahiş edirik.