Iş yeri - Salyan şəhəri
Vəzifə Öhdəlikləri
- Şaxta tikintisi işlərinin sahədə düzgün və təhlükəsiz şəkildə icrasını təmin etmək;
- İşçi heyətinin gündəlik iş bölgüsünü təşkil etmək və nəzarət etmək;
- İşçi heyətinin gündəlik iş bölgüsünü təşkil etmək və onların fəaliyyətinə nəzarət etmək;
- Şaxtada aparılan işlərin layihəyə və texniki göstəricilərə uyğun yerinə yetirilməsini təmin etmək;
- Qazma, betonyarma, su izolyasiyası və digər şaxta içi işlərinin ardıcıllığını və keyfiyyətini izləmək;
- İş zamanı yaranan texniki nasazlıqları və təhlükəli halları vaxtında mühəndis heyətinə bildirmək;
- İş sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını təmin etmək;
- Gündəlik görülən işlər barədə mühəndis və ya sahə rəhbərinə məlumat vermək;
- Sahədə istifadə olunan material və avadanlıqların düzgün istifadəsinə və qorunmasına nəzarət etmək;
- İş sahəsinin təmiz və nizamlı saxlanmasını təşkil etmək;
- Foto və video sənədləşdirmə üçün lazım olan görüntülərin çəkilməsinə kömək etmək və lazımi məlumatları təqdim etmək.
Tələblər
- Tikinti sahəsində və xüsusilə şaxta işlərində minimum 2-3 il təcrübə
- Tikinti prosesləri, şaxta qazıntısı, betonyarma və su izolyasiyası işləri üzrə biliklər
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə bilik və məsuliyyət
- Fiziki olaraq aktiv iş şəraitində işləmək imkanı (şəxsi sağlamlıq imkanları bunu dəstəkləməlidir)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını [email protected] və ya [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Şaxta işləri üzrə briqadir” qeyd etməyiniz vacibdir.