Vəzifə Öhdəlikləri
- Şirkətin biznes ehtiyaclarına uyğun sürətli MVP-lərin, daxili alətlərin və AI dəstəkli proqram həllərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi
- OpenAI, Claude və digər AI servis/API-lərinin məhsul və daxili proseslərə inteqrasiyası
- Backend və frontend komponentlərin hazırlanması, API-lərin inteqrasiyası və sistemlərarası əlaqələrin qurulması
- Cursor və digər AI-assisted development alətlərindən istifadə etməklə proqram təminatının daha çevik hazırlanması
- Müxtəlif mənbələrdən məlumatların ingest olunması, emalı və AI modelləri üçün istifadəyə yararlı hala gətirilməsi
- Promptların hazırlanması və optimizasiyası, structured output, retry/fallback məntiqi və cavab keyfiyyətinin yaxşılaşdırılması
- Hazırlanan həllərdə performans, xərc, etibarlılıq və təhlükəsizlik balansının qorunması
- Mövcud daxili sistemlər, verilənlər bazaları və üçüncü tərəf servis/API-lərlə inteqrasiyaların həyata keçirilməsi
- Biznes komandaları ilə sıx işləyərək tələblərin texniki həllərə çevrilməsi və qısa müddətdə işlək məhsulun təqdim olunması
- Hazırlanan məhsullar üzrə texniki sənədləşmənin aparılması, kod keyfiyyətinin və dəstəklənə bilən arxitekturanın təmin edilməsi
- Gələcək mərhələlərdə daxili AI / machine learning infrastrukturuna keçidi dəstəkləyəcək texniki bünövrənin formalaşdırılması
LLM əsaslı həllərin qurulması:
- mətn analizi
- məlumat çıxarışı
- sənəd emalı
- xülasələmə
- axtarış
- chatbot və workflow avtomatlaşdırılması
Tələblər
- Software engineering sahəsində güclü praktiki bilik və real layihələr üzrə təcrübə
- REST API, database, authentication, queue/background jobs və sistem inteqrasiyaları sahəsində təcrübə
- LLM/API-lərlə praktiki iş təcrübəsi
- Sürətli MVP hazırlama və qeyri-müəyyən biznes tələblərini işlək proqram məhsuluna çevirmə bacarığı
- Cursor, Copilot və digər AI development alətlərindən səmərəli istifadə bacarığı
- Kodun keyfiyyətinə, arxitekturaya, maintainability və practical delivery prinsipinə diqqət
- Git və komanda daxilində development workflow-larla işləmə bacarığı
- Analitik düşüncə, problem həll etmə bacarığı və yeni texnologiyaları tez mənimsəmə qabiliyyəti
- Komandada işləmək və texniki olmayan şəxslərlə effektiv kommunikasiya qurmaq bacarığı
- Texniki sənədlərlə işləmə bacarığı və məsuliyyətli yanaşma
AI əsaslı tətbiqlərin qurulması üzrə anlayış:
- prompt engineering
- retrieval
- embeddings
- document processing
- structured outputs
- basic evaluation yanaşmaları
Backend development üzrə texniki biliklər:
- Python
- Node.js
- JavaScript / TypeScript
- və ya oxşar texnologiyalar
Üstünlük Veriləcək
- AI agentlər, workflow automation, OCR, vector database, RAG və axtarış əsaslı həllərlə təcrübə
- Docker və deployment prosesləri üzrə bilik
- Məhsul yönümlü düşüncə və biznes ehtiyaclarını tez anlama bacarığı
- Tikinti, əməliyyat və ya korporativ daxili proseslər üçün proqram məhsulları hazırlamış namizədlər
Frontend framework-lərlə işləmə bacarığı:
- React
- Next.js
- və s.
Müraciət Qaydası
- Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını [email protected] və ya [email protected] elektron ünvanına göndərmələri xahiş olunur