North West Construction North West Construction
  • 342

Software engineer with applied AI experience / Süni İntellekt tətbiqləri üzrə təcrübəsi olan Proqram Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Software engineer with applied AI experience / Süni İntellekt tətbiqləri üzrə təcrübəsi olan Proqram Mühəndisi

  • Deadline 8 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə Öhdəlikləri

  • Şirkətin biznes ehtiyaclarına uyğun sürətli MVP-lərin, daxili alətlərin və AI dəstəkli proqram həllərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi 
  • OpenAI, Claude və digər AI servis/API-lərinin məhsul və daxili proseslərə inteqrasiyası 
  • Backend və frontend komponentlərin hazırlanması, API-lərin inteqrasiyası və sistemlərarası əlaqələrin qurulması 
  • Cursor və digər AI-assisted development alətlərindən istifadə etməklə proqram təminatının daha çevik hazırlanması 
  • Müxtəlif mənbələrdən məlumatların ingest olunması, emalı və AI modelləri üçün istifadəyə yararlı hala gətirilməsi 
  • Promptların hazırlanması və optimizasiyası, structured output, retry/fallback məntiqi və cavab keyfiyyətinin yaxşılaşdırılması 
  • Hazırlanan həllərdə performans, xərc, etibarlılıq və təhlükəsizlik balansının qorunması 
  • Mövcud daxili sistemlər, verilənlər bazaları və üçüncü tərəf servis/API-lərlə inteqrasiyaların həyata keçirilməsi 
  • Biznes komandaları ilə sıx işləyərək tələblərin texniki həllərə çevrilməsi və qısa müddətdə işlək məhsulun təqdim olunması 
  • Hazırlanan məhsullar üzrə texniki sənədləşmənin aparılması, kod keyfiyyətinin və dəstəklənə bilən arxitekturanın təmin edilməsi 
  • Gələcək mərhələlərdə daxili AI / machine learning infrastrukturuna keçidi dəstəkləyəcək texniki bünövrənin formalaşdırılması 

 

LLM əsaslı həllərin qurulması: 

  • mətn analizi 
  • məlumat çıxarışı 
  • sənəd emalı 
  • xülasələmə 
  • axtarış 
  • chatbot və workflow avtomatlaşdırılması 

Tələblər

  • Software engineering sahəsində güclü praktiki bilik və real layihələr üzrə təcrübə 
  • REST API, database, authentication, queue/background jobs və sistem inteqrasiyaları sahəsində təcrübə 
  • LLM/API-lərlə praktiki iş təcrübəsi 
  • Sürətli MVP hazırlama və qeyri-müəyyən biznes tələblərini işlək proqram məhsuluna çevirmə bacarığı 
  • Cursor, Copilot və digər AI development alətlərindən səmərəli istifadə bacarığı 
  • Kodun keyfiyyətinə, arxitekturaya, maintainability və practical delivery prinsipinə diqqət 
  • Git və komanda daxilində development workflow-larla işləmə bacarığı 
  • Analitik düşüncə, problem həll etmə bacarığı və yeni texnologiyaları tez mənimsəmə qabiliyyəti 
  • Komandada işləmək və texniki olmayan şəxslərlə effektiv kommunikasiya qurmaq bacarığı 
  • Texniki sənədlərlə işləmə bacarığı və məsuliyyətli yanaşma 

 

AI əsaslı tətbiqlərin qurulması üzrə anlayış: 

  • prompt engineering 
  • retrieval 
  • embeddings 
  • document processing 
  • structured outputs 
  • basic evaluation yanaşmaları 

 

Backend development üzrə texniki biliklər: 

  • Python 
  • Node.js 
  • JavaScript / TypeScript 
  • və ya oxşar texnologiyalar 

Üstünlük Veriləcək

  • AI agentlər, workflow automation, OCR, vector database, RAG və axtarış əsaslı həllərlə təcrübə 
  • Docker və deployment prosesləri üzrə bilik 
  • Məhsul yönümlü düşüncə və biznes ehtiyaclarını tez anlama bacarığı 
  • Tikinti, əməliyyat və ya korporativ daxili proseslər üçün proqram məhsulları hazırlamış namizədlər 

 

Frontend framework-lərlə işləmə bacarığı: 

  • React 
  • Next.js 
  • və s. 

Müraciət Qaydası

  • Daily7
  • Weekly706
  • Monthly1090