Süni İntellekt üzrə təcrübəçi (Ödənişli Təcrübə Proqramı)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Süni İntellekt üzrə təcrübəçi (Ödənişli Təcrübə Proqramı)

  • Deadline 7 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Süni intellekt və maşın öyrənməsi sahəsində karyera qurmaq istəyən motivasiyalı tələbə və ya yeni məzunlar üçün AI Engineer Intern proqramı təqdim edirik. Bu proqram çərçivəsində siz real layihələr üzərində işləyərək praktiki təcrübə qazanacaqsınız.

Əsas vəzifələr:

  • AI/ML modellərinin hazırlanmasında komandaya dəstək olmaq
  • Məlumatların toplanması, təmizlənməsi və ilkin analizi
  • Model nəticələrinin test edilməsi və sənədləşdirilməsi
  • Mövcud AI sistemlərinin təkmilləşdirilməsi üzrə araşdırmalar aparmaq
  • Texniki komandaya gündəlik tapşırıqlarda kömək etmək

Tələblər:

  • Kompüter elmləri, Data Science və ya əlaqəli sahədə təhsil (3-4-cü kurs tələbəsi və ya yeni məzun)
  • Python proqramlaşdırma dili üzrə əsas biliklər
  • Maşın öyrənməsi əsasları haqqında anlayış
  • Analitik düşüncə və öyrənməyə həvəs
  • Komandada işləmə bacarığı
  • İngilis dili biliyi (ən azı orta səviyyə)

Üstünlüklər:

  • TensorFlow, PyTorch və ya scikit-learn ilə ilkin təcrübə
  • Kiçik layihələr və ya GitHub portfolionun olması
  • Data analizi və statistik biliklər

Biz təklif edirik:

  • Təcrübəli mentorlarla işləmək imkanı
  • Real layihələrdə iştirak
  • Peşəkar inkişaf üçün təlimlər
  • Təcrübə müddətinin sonunda işə qəbul imkanı (performance əsasında)
  • Sertifikat və ya tövsiyə məktubu

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını müraciət məktubunun mövzu hissəsində “Süni İntellekt üzrə təcrübəçi” qeyd edərək [email protected] və ya [email protected]  elektron ünvanlarına göndərməkləri xahiş olunur. 

  • Daily92
  • Weekly366
  • Monthly750