Vəzifə öhdəlikləri:
- Tikinti layihəsinin planlaşdırılmasını, icra qrafikinin hazırlanmasını, resursların düzgün bölüşdürülməsini və xərclərin idarə olunmasını təmin etmək;
- Layihə üzrə iş həcmlərinin və xərclərin proqnozlaşdırılmasını aparmaq, icraya nəzarət etmək və zəruri hallarda düzəlişlər etmək;
- Tikinti materialları və avadanlıqlarının layihə cədvəlinə uyğun olaraq vaxtında sifariş və təhvil verilməsini təşkil etmək;
- Layihənin icra vəziyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və yaranan problemlərin operativ şəkildə həllini təmin etmək;
- Layihə üzrə bütün texniki və icra sənədlərinin düzgün və vaxtında aparılmasına nəzarət etmək;
- Təsdiq edilmiş büdcə çərçivəsində layihə üzrə maliyyə xərclərinin idarə olunmasında iştirak etmək;
- Tikinti işləri zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Görülən tikinti işlərinin keyfiyyətinə, norma və standartlara uyğunluğuna nəzarət etmək;
- Layihənin müəyyən edilmiş müddətdə və keyfiyyət tələblərinə uyğun təhvil verilməsini təmin etmək;
- Tikinti prosesi zamanı ortaya çıxan texniki və təşkilati məsələlərin vaxtında həllində iştirak etmək;
- Layihələndirmə mərhələsində layihə təşkilatlarına ilkin texniki göstərişlər vermək, layihə-smeta sənədlərinin dolğunluğunu və keyfiyyətini təmin etmək.
Tələblər:
- Tikintinin idarə edilməsi, tikinti mühəndisliyi və ya müvafiq sahə üzrə minimum 4 illik ali təhsil;
- Tikinti layihələrinin idarə edilməsi sahəsində minimum 7-10 il iş təcrübəsi;
- Tikinti materialları, texnologiyaları və avadanlıqları barədə geniş biliklərə malik olmaq;
- Tikinti və layihə idarəetmə proqramlarını (məsələn, MS Project, Primavera və s.) və ofis proqramlarını yüksək səviyyədə bilmək;
- PMP və ya oxşar beynəlxalq sertifikatlara malik namizədlərə üstünlük verilir;
- Güclü liderlik, komanda idarəetməsi, vaxtın planlaşdırılması və qərarvermə bacarıqları.
Namizədlərdən öz CV-sini "Tikinti meneceri (fasad)" mövzusu ilə [email protected] və ya [email protected] elektron poçtuna göndərməklərini xahiş olunur.