Tikinti meneceri (metal konstruksiya işləri üzrə, Qarabağ)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tikinti meneceri (metal konstruksiya işləri üzrə, Qarabağ)

  • Deadline 16 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Təyin edilmiş layihələr üzrə bütün daşıyıcı və konstruktiv sistemlərin (dəmir-beton, metal, bünövrə və s.) icrasının işçi çertyojlara, layihə sənədlərinə, istehsalat planına və qüvvədə olan normativ sənədlərə uyğunluğunu təmin etmək;
  • Tikinti sahəsində aparılan struktur işlərinin layihəyə uyğun icrasına ümumi rəhbərlik və nəzarət etmək;
  • Tikinti-quraşdırma işlərinin tikinti norma və qaydalarına (SNİP, AZS və s.), texniki şərtlərə və təhlükəsizlik tələblərinə uyğun yerinə yetirilməsinə nəzarət etmək;
  • Subpodratçı təşkilatlar tərəfindən icra olunan struktur işlərinin yoxlanılması, qiymətləndirilməsi və texniki qəbulunda iştirak etmək, rəy vermək;
  • Tikintidə istifadə olunan konstruktiv materialların (beton, armatur, metal konstruksiyalar və s.) keyfiyyətinə və sertifikatlara uyğunluğuna nəzarət etmək;
  • Struktur işləri üzrə icra qrafiklərinin hazırlanması, işlərin istehsalat planına uyğun icrasının təmin edilməsi;
  • Tikinti prosesində tələb olunan normativ-icra sənədlərinin düzgün və vaxtında tərtib olunmasına nəzarət etmək (gizli iş aktları, betonlama aktları, laborator sınaq protokolları və s.);
  • Struktur işlərinin texnoloji ardıcıllıqla və tələb olunan keyfiyyət səviyyəsində icrasını təmin etmək;
  • Layihə üzrə vaxt qrafikinin hazırlanması və icrasına, müştəri və nəzarət orqanlarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
  • Sahədə çalışan mühəndis və işçi briqadalarının iş bölgüsünü aparmaq, tapşırıqları müəyyən etmək və icrasına nəzarət etmək;
  • Beton konstruksiyaların, izolyasiya sistemlərinin, qazıntı və əks-doldurma işlərinin layihə və geoloji tələblərə uyğun aparılmasına nəzarət etmək;
  • Layihə üzrə dəmir-beton və metal konstruksiyalarda vizual baxış, ölçmə və laborator/test sınaqlarında iştirak etmək və nəticələri təhlil etmək;
  • Struktur riskləri müəyyən etmək, texniki problemlərin operativ həllini təşkil etmək və rəhbərliyə hesabat vermək.

Tələb olunan göstəricilər:

  • İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Struktur və ya tikinti sahəsində minimum 7 il iş təcrübəsi (menecer və ya aparıcı mühəndis səviyyəsində arzuolunandır);
  • Tikinti-quraşdırma işlərinin icrası və təhvili üzrə texniki reqlamentləri, tikinti norma və qaydalarını, texniki şərtləri dərindən bilmək;
  • AutoCAD proqramında işləmə bacarığı (arzuolunandır; əlavə struktur proqramları üstünlükdür);
  • MS Office proqramlarından (Word, Excel, Project və s.) yaxşı istifadə bacarığı;
  • Analitik düşüncə, liderlik, planlama və komanda idarəetmə bacarığı.

Namizədlərdən öz CV-sini  "Tikinti meneceri (Structural)" mövzusu ilə [email protected] və ya [email protected] elektron poçtuna göndərməklərini xahiş olunur.

  • Daily0
  • Weekly627
  • Monthly1414