Topoqraf

  • Истекает 28 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vakansiyanın təsviri

  • Tikinti layihələri üzrə topoqrafik ölçmələrin aparılması və dəqiq koordinatların hazırlanması;
  • İnşaat sahəsində topoqrafik və geodeziya ölçmə cihazlarından düzgün və səmərəli istifadə;
  • Müxtəlif miqyaslı xəritə, topoqrafik plan və xüsusi planların hazırlanması;
  • Topoqrafik məlumatların müvafiq proqram təminatlarına köçürülməsi, emalı və hesabatların hazırlanması;
  • Tikinti sahəsində dəyişikliklərin və işlərin gedişatının mütəmadi izlənilməsi və layihə rəhbərliyinə təqdim edilməsi;
  • Yerüstü geofiziki işlər üzrə hesabatların hazırlanması üçün məlumat bazasının formalaşdırılması və sistemləşdirilməsi;
  • Təlimat, texniki norma və standartlara uyğun topoqrafik işlərin icrası;
  • Əldə edilmiş ölçmə məlumatlarının işlənilməsi, təhlili və sənədləşdirilməsi.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil (arzuolunandır);
  • Topoqrafiya/geodeziya sahəsində müvafiq iş təcrübəsi;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • İngilis dili biliyi (arzuolunandı)
  • Topoqrafik və geodeziya cihaz və avadanlıqları ilə işləmək bacarığı;
  • Texniki sənədlərlə işləmə bacarığı;
  • Komandada işləmək və dinamik iş mühitinə uyğunlaşmaq bacarığı;
  • Məsuliyyətli, diqqətli və analitik düşüncə tərzinə malik olmaq.

Müraciət etmək üçün: [email protected] və ya [email protected] elektron poçt ünvanlarına mövzuda “Topoqraf” qeyd etməklə CV-nizi göndərməyinizi xahiş edirik. 

  • Daily0
  • Weekly662
  • Monthly2415