Vakansiyanın təsviri
- Tikinti layihələri üzrə topoqrafik ölçmələrin aparılması və dəqiq koordinatların hazırlanması;
- İnşaat sahəsində topoqrafik və geodeziya ölçmə cihazlarından düzgün və səmərəli istifadə;
- Müxtəlif miqyaslı xəritə, topoqrafik plan və xüsusi planların hazırlanması;
- Topoqrafik məlumatların müvafiq proqram təminatlarına köçürülməsi, emalı və hesabatların hazırlanması;
- Tikinti sahəsində dəyişikliklərin və işlərin gedişatının mütəmadi izlənilməsi və layihə rəhbərliyinə təqdim edilməsi;
- Yerüstü geofiziki işlər üzrə hesabatların hazırlanması üçün məlumat bazasının formalaşdırılması və sistemləşdirilməsi;
- Təlimat, texniki norma və standartlara uyğun topoqrafik işlərin icrası;
- Əldə edilmiş ölçmə məlumatlarının işlənilməsi, təhlili və sənədləşdirilməsi.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil (arzuolunandır);
- Topoqrafiya/geodeziya sahəsində müvafiq iş təcrübəsi;
- MS Office proqramlarında işləmək bacarığı;
- İngilis dili biliyi (arzuolunandı)
- Topoqrafik və geodeziya cihaz və avadanlıqları ilə işləmək bacarığı;
- Texniki sənədlərlə işləmə bacarığı;
- Komandada işləmək və dinamik iş mühitinə uyğunlaşmaq bacarığı;
- Məsuliyyətli, diqqətli və analitik düşüncə tərzinə malik olmaq.
Müraciət etmək üçün: [email protected] və ya [email protected] elektron poçt ünvanlarına mövzuda “Topoqraf” qeyd etməklə CV-nizi göndərməyinizi xahiş edirik.