İşin təsviri:
- Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi
- Görülmüş yerüstü geofiziki işlərə dair hesabatların tərtib olunması üçün məlumat bazasının hazırlanması və sistemləşdirilməsi
- Sahə və ofis arasında koordinasiyanın təmin olunması
- Əldə olunan məlumatların layihələndirmə komandası ilə paylaşılması
Tələblər:
- İnfrastruktur layihələrində (Avtomobil yolları, körpülər, tunellər) minimum 4 il iş təcrübəsinin olması vacibdir
- Müvafiq sahə üzrə ali təhsil
- GPS və klassik ölçmə cihazlarında sərbəst işləmək bacarığı
- AutoCAD, Civil 3D və ya digər topoqrafiya proqramlarında təcrübə
Namizədlərdən CV-ni "Topoqraf (Bakı/Abşeron)" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərməyi xahiş olunur.