Vəzifə öhdəlikləri:
- Xərclərin müvafiq hesabatlarının hazırlanması və onların məlumat bazasında dəyərləndirilməsi
- Xərclər ilə bağlı istifadə olunan məlumat bazalarının tənzimlənməsi
- Xərclər barədə təhlil və statistik məlumatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Xərclərin məlumat bazasında təqib edilməsi və yekun hesabatların hazırlanması
- Xərclər ilə bağlı müxtəlif departamentlər və subpodratlarla əlaqələrin saxlanılması və məlumat mübadiləsinin təmin edilməsi
- Təchiz edilən məhsullar/xidmətlərin dəyərinin müəyyənləşdirilməsi
- Xərclərin optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
- Xərclər ilə bağlı hesabatların tərtib edilməsi, düzgünlüyünün nəzarət edilməsi və müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi
- Məhsulun dəyəri barədə məlumatın ERP sisteminə daxil edilməsinə və məhsulun düzgün qiymətləndirilməsinə nəzarət
- Faktiki xərclərin büdcə ilə müqayisəsi
- Satın alınan və ya tədarük edilən xidmətlərin/məhsulların dəyərinin müəyyən edilməsi
- Faktiki xərclərin büdcə ilə müqayisəsi, aradakı fərqlərin təhlili, araşdırılması və izahı. Bu məlumat barədə hər ay və ya lazım gəldikdə hesabat verilməsi
Vəzifəyə olan tələblər:
- Ali təhsil- İqtisadiyyat, Biznes, Mühasibatlıq və ya Maliyyə üzrə Bakalavr dərəcəsi;
- Müvafiq sahədə 2+ il təcrübə;
- 1C və Excel kimi proqramlarda məlumat bazası ilə işləmək təcrübəsi;
- Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı;
Uyğun namizədlərdən CV-lərini “Xərclərə nəzarət üzrə mütəxəssis (Bölgə)” başlığı ilə elektron poçt ünvanına göndərmələri xahiş olunur.